Ayətullah İsa Qasımın səhhəti müsbətə doğru irəliləyir
Mьəllif: admin1
Tarix: 11-08-2018, 15:33
Bцlmə: Xəbərlər
Ayətullah İsa Qasımın səhhəti müsbətə doğru irəliləyir
Bəhreynin İslam alimlərindən Seyid Abdulla Əl-Ğurəyfi Londonda özəl bir xəstəxanada müalicə alan Ayətullah İsa Qasımın səhhətinin yaxşılaşmağa doğru getdiyini deyib.

Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Seyid Abdulla Əl-Ğurəyfi açıqlamasında belə deyib: “Ayətullah İsa Qasımın xüsusi müalicə prosesinə ehtiyacı var. Bu xəstəxanada inkişaf etmiş tibbi cihazlar və avadanlıqlar var. Bu da Ayətullah Qasımın vəziyyətinin yaxşılaşması üçün ən yaxşı fürsətdir”.

İyulun 9-da Bəhreyndən çıxmasına icazə verilən Ayətullah İsa Qasımın Londonda özəl bir xəstəxanaya yerləşdirildiyi açıqlanmışdı.

2016-cı ildə Ali Xəlifə rejimi tərəfindən vətəndaşlıqdan məhrum edilən Ayətullah İsa Qasımın şəxsiyyət vəsiqəsi və pasportu da ləğv edilmişdir.

Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilmişdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930