Ayətullah İsa Qasım tam sağalmaq üçün Londonda qalmağa məcburdur
Mьəllif: admin1
Tarix: 5-09-2018, 21:42
Bцlmə: Xəbərlər
Ayətullah İsa Qasım tam sağalmaq üçün Londonda qalmağa məcburdur
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasım keçirdiyi uğurlu cərrahiyyə əməliyyatından sonra Londonda ən azı bir ay qalmağa məcburdur.

Deyerler.org xəbər verir ki, Ayətullah İsa Qasımın İrandakı nümayəndəsi Şeyx Abdullah Əl-Daqqaq Təsnimə verdiyi müsahibəsində bu açıqlamanı edib. O, Ayətullah İsa Qasımın Londondakı uğurlu bir əməliyyatdan sonra xəstəxanadan buraxıldığını söyləyib.

“Ayətullah İsa Qasım, sağalma prosesinin tərkib hissəsi olaraq, Londonda ən azı daha bir ay qalmağa məcburdur. Bu dövr altı aya qədər də uzana bilər”, - deyə Şeyx Əl-Daqqaq bildirib.

Şeyx Əl-Daqqaqın sözlərinə görə, Ayətullah İsa Qasım tibbi müalicə başa çatdıqdan sonra Bəhreynə geri qayıdacaq.

Xatırladaq ki, iyul ayında Bəhreyn rejimi Ayətullah İsa Qasımın tibbi müalicə üçün Böyük Britaniyaya səfər etməsinə icazə vermişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930