Ayətullah İsa Qasımın əməliyyatı uğurla keçib
Mьəllif: admin1
Tarix: 26-07-2018, 08:50
Bцlmə: Xəbərlər
Ayətullah İsa Qasımın əməliyyatı uğurla keçib
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın iyulun 24-ü keçirdiyi cərrahiyyə əməliyyatının uğurla başa çatdığı bildirilib.

Deyerler.org Lualuatv-yə istinadən xəbər verir ki, Ayətullah İsa Qasımın səhhətinə nəzarət etmək üçün Bəhreyndən olan həkim qrupu belə bir açıqlama ilə çıxış edib:

“Həkimlər əməliyyatın müvəffəqiyyətli olduğunu söylədilər. Vəziyyətinə nəzarət etmək üçün Ayətullah İsa Qasım ən azı 48 saat reanimasiyada qalmalıdır və intensiv müalicə olunmalıdır”.

Xatırladaq ki, Ayətullah İsa Qasim 1 ildən artıqdır ev həbsində saxlanıldıqdan sonra, 3 həftə əvvəl təcili tibbi yardım maşını ilə Bəhreyndəki bir xəstəxanaya yerləşdirilərək, əməliyyat keçirib. O, daha sonra da iyulun 9-da həkimlərin qərarı ilə müalicə imkanlarının çatışmazlığına görə Londona göndərilmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930