Dünyanın 160 ölkəsindən zəvvarlar İmam Rzanın (ə) hərəmini ziyarət edir
Mьəllif: admin1
Tarix: 22-07-2018, 22:39
Bцlmə: Xəbərlər
Dünyanın 160 ölkəsindən zəvvarlar İmam Rzanın (ə) hərəmini ziyarət edir
Kəramət günlərində İmam Rzanın (ə) hərəmini dünyanın müxtəlif ölkələrindən olan 10 mindən çox əcnəbi zəvvar ziyarət edib.

Maide.Az “news.razavi.ir” saytına istinadən xəbər verir ki, bunu İmam Rzanın (ə) hərəminin əcnəbi zəvvarlarla iş üzrə idarə rəisi Seyid Məhəmmədcavad Haşiminejad deyib.

Zilqədə ayının 1-dən ayın 11-ə (15-25 iyul 2018) qədər olan günlər Kəramət günləri adlanır. Xanım Məsumənin (ə) və İmam Rzanın (ə) mövlud günü arasında olan bu günlər fəzilətli günlər hesab olunur.

M.Haşiminejad deyib ki, əsasən Afrikanın şimal- qərb bögləsindən, Avropa ölkələrindən o cmülədən Almaniya , Fransa , İsveçrə, Çin, Cənubi Koreya, ABŞ, Azərbaycan, Türkiyə, Pakistan, Hindistan, Banqladeş, Suriya, Bəhreyn, Səudiyy Ərəbistan, İraq və Əfqanıstandan zəvvarlar İmam Rzanın (ə) hərəmini ziyarət edir.

O deyib ki, əcnəbi zəvvarlar üçün müxtəlif proqramlar icra olunur. Azərbaycan, İngilis, Ərəb və Urdu dillərində hərəmin eyvanlarında bayram şənlikləri təşkil olunur.

Kəramət günləri çərçivəsində İmam Rzananın (ə) hərəmini ziyarət edən əcnəbi zəvvarlara gül hədiyyə olunur. İmam Rzanın (ə) mövlud axşamı və günü hərəmi ziyarət etmiş əcnəbi zəvvarlardan adları Rza və Məsumə olan şəxslərə püşkatma ilə hədiyyələr təqdim olunur.

O qeyd edib ki, il ərzində dünyanın 160 ölkəsindən zəvvarlar İmam Rzanın (ə) hərəmini ziyarət edir.

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031