Afrikalı əhli-sünnə müsəlmanları İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Mьəllif: admin1
Tarix: 19-04-2017, 14:42
Bцlmə: Xəbərlər
Afrikalı əhli-sünnə müsəlmanları İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Afrikalı əhli-sünnə müsəlmanlarından bir qrup zəvvar İmam Rzanın (ə) hərəmini ziyarət edib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Beynəlxalq İslami Araşdırmaları Mərkəzinin məzhəbşünası höccətül-İslam Rastifər bu səfərlə bağlı Asdan News-a müsahibəsində belə danışıb: "Afrikada dini və mədəni fəallardan olan əhli-sünnə qızlarından ibarət 20 nəfərlik zəvvar qrupu 10 günlük İrana səfərlərində Həzrət Məsumənin (s.ə) pak hərəmini ziyarət ediblər və mənəvi səfərlərinin davamında Məşhəd şəhərində İmam Rzanın (ə) hərəminə təşrif gətiriblər.

Bu qrupun üzvlərinin Məşhədə gəlmələrində əsl məqsədi İmam Rzanın (ə) hərəmini ziyarət etmək idi ki, bu tofiq da onlara nəsib oldu. Zəvvarlar bununla yanaşı, İranın mədəni və məzhəbi cəzabiyyəti ilə də yaxından tanış oldular və şiə cəmiyyətində olmaqla şiə məktəbi ilə yaxından tanış oldular".

Afrikada şiə və sünni arasındakı münasibətlərə toxunan Rastifər, belə deyib: "Vəhhabilər şiələr və sünnələrə qarşı fitnəkar cəhdlər etmədən əvvəl, 2 məzhəb arasındakı dostluq və yaxın münasibətlər təqdirə layiq idi. Ancaq vəhhabilər və sələfilərin bu 2 məzhəbə qarşı təxribatları, aradakı kiçik münaqişələrin bəzi bölgələrdə Qərb mediası tərəfindən şişirdilərək qızışdırılması və fitnəkar əməliyyatların şiddətlənməsinə səbəb oldu. Belə səfərlərin təşkili, bir az da olsa, düşmənlərin İslam dininə qarşı hiylələrinin aradan getməsinə səbəb olur və bu mənəvi səfərlər şiə və sünnilər arasında qardaşlıq və dostluğun möhkəmlənməkdə olduğunu göstərir".
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031