Tatarıstan prezidenti İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Mьəllif: admin1
Tarix: 21-04-2017, 22:35
Bцlmə: Xəbərlər
Tatarıstan prezidenti İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov aprelin 20-də İranın Məşhəd şəhərinə işgüzar səfəri zamanı İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət edib.

Məşhəd səfəri zamanı prezident Rüstəm Minnixanova İmam Rzanın hərəmini hər il 15-20 milyon zəvvarın ziyarət etdiyi bildirilib.

Qüds Rəzəvi ostanına səfəri vaxtı Tatarıstan prezidenti Rüstəm Minnixanov tarixi kitabxana kompleksi və Quran müzeyini də gəzib. Tatarıstan prezidentinə bildiriblər ki, burada 90 min. əlyazma kitab var və bunlardan 20 mini əlyazma Quran nüsxələridir. Buradakı bəzi əlyazma Quran nüsxələri İslamın ilk çağlarına qədər gedib çıxır. Bundan əlavə, kitabxanada tatar xalqının tarixi, eləcə də bütövlükdə İslam dünyasından zəngin bir kolleksiya da mövcuddur.

Rüstəm Minnixanov daha sonra İmam Rzanın (ə) türbəsini və məscidini ziyarət edib. Bundan əlavə, Tatarıstan prezidenti Qüds Rəzəvi ostanının qəyyumu höccətül-İslam Seyid İbrahim Raisi ilə görüş keçirib. "İmam Rzanın (ə) ziyarətgahı - gözəl memarlıq incisidir. Kitabxanalar, Muzeylər və sənədlər fondu bizim böyük marağımıza səbəb oldu. Əminəm ki, biz arxiv mütəxəssilərimiz arasında sıx əməkdaşlıq qura biləcəyik", - deyə Tatarıstan prezidenti bildirib. Rüstəm Minnixanov Rusiyada 20 milyondan çox müsəlmanın yaşadığını qeyd edib. O, təkcə Tatarıstanda təxminən 1,5 min məscidin olduğunu vurğulayıb.

Tatarıstan prezidenti xüsusən dini sahədə əməkdaşlıq etmək istədiklərini bildirib. "Qədim Bolqar şəhərində Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə Bolqarıstan İslam Akademiyası qurulur. Biz İranın din alimlərilə əməkdaşlığa ümid edirik"./deyerler/


Tatarıstan prezidenti İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Tatarıstan prezidenti İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Tatarıstan prezidenti İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Tatarıstan prezidenti İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Tatarıstan prezidenti İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Tatarıstan prezidenti İmam Rzanın (ə) hərəmini ziyarət etdi
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930