Alimlər: “Vaxtaşırı aclıq pəhrizi, ömrü uzatmağın effektiv üsuludur”
Mьəllif: admin1
Tarix: 28-11-2019, 21:25
Alimlər: “Vaxtaşırı aclıq pəhrizi, ömrü uzatmağın effektiv üsuludur”
Alimlər vaxtaşırı aclıq pəhrizi etməyin ürək çatışmazlığı riskini azaldaraq, insanların daha sağlam və uzun yaşamasını təmin etdiyini açıqlayıblar.

Deyerler.org xəbər verir ki, MedicalXpress saytının xəbərinə görə, Amerika Ürək Cəmiyyətinin mütəxəssisləri vaxtaşırı aclıq pəhrizi etməyin ürək çatışmazlığı riskini azaltdığını bildiriblər.

Alimlərin etdiyi araşdırma çərçivəsində, təxminən 2 min insana ürək kateterizasiyası tətbiq olunub, bu şəxslərin arasından 389 nəfərə nizamlı aralıqlarla aclıq pəhrizi etdirilib. Xəstələrin hamısının sağlamlıq vəziyyəti, təxminən 4.5 il boyunca araşdırılıb.

Nəticə olaraq, aclıq pəhrizi edənlərdə ölüm nisbətinin, araşdırmaya qatılan digər xəstələrə nisbətən 45% daha az olduğu məlum olub.

Mütəxəssislər eyni xəstələr haqqında məlumatları da təhlil edərək, aclıq pəhrizi edənlərdə infarkt hadisələrinin 71% daha az rast gəlindiyini müəyyən ediblər.

Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031