Ürəyi qorumaq istəyənlər oxusun. Yalnız 3 ŞƏRT!
Mьəllif: admin1
Tarix: 30-04-2017, 22:34

 Böyük Britaniya və Amerika kardioloqları ürək xəstəliklərindən qoruyan əsas 3 amil aşkar ediblər.

Onların fikrinə görə, ürəyi və damarları bir çox xəstəliklərdən qorumaq üçün yalnız bu 3 şərtə əməl etmək kifayətdir:

- Düzgün qidalanmaq. Burada əsasən Aralıq dənizi pəhrizi nəzərdə tutulur. Bu pəhriz ürək-damar sistemi üçün ən faydalı pəhriz sayılır. Aralıq dənizi pəhrizi dedikdə zeytun yağı, tərəvəzlər, balıq və qoz-fındıqla zəngin olan pəhriz nəzərdə tutulur.

Bu zaman rəfinə edilmiş karbohidratlar (şəkər, şirniyyatlar) qidalanmada minimuma çatdırılmalıdır.

- Stresdən uzaq olmaq. Bu da ən vacib şərtlərdən biridir. Çoxsaylı elmi araşdırmalar göstərir ki, stress, xüsusilə xroniki stress ürək-damar sistemi xəstəliklərinin əsas risk faktorlarından biridir.

- Fiziki aktivlik. Alimlər insanlara ən azı həftədə 3 dəfə 30 dəqiqə ərzində tez yeriməyi tövsiyə edir. Mütəxəssislərin fikrinə görə, tez yerimək qaçmaqdan daha faydalıdır.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930