İnfarkt riskini 15% azaldan dərman
Mьəllif: admin1
Tarix: 4-09-2017, 21:32
İnfarkt riskini 15% azaldan dərman
Təxminən 40 ölkədə, 10 min xəstənin dörd il boyunca izlənilməsiylə aparılan bir araşdırmada, iltihab əleyhinə dərmanların infarkt və iflic riskini azaltdığı müəyyən edilib.

Araşdırmanı aparan mütəxəssislər, canakinumab adlı dərmanın sınandığı tədqiqatdakı nəticələrin, xolestrolu salmaq üçün istifadə edilən statinlərin kəşfindən bu yana ən əhəmiyyətli fikir olduğunu söyləyir.

Araşdırmaya qatılan xəstələr arasındakı təkrar infarkt və iflic riskinin 15% azaldığı ifadə edildi. Bəzi mütəxəssislərsə, dərmanın fəaliyyətini, əks təsirlərini və xərcini araşdırır.

İngiltərə Ürək Komitəsi həyəcanverici və uzun müddətdir nəticələri gözlənilən araşdırmanın həyatı xilas etməyə köməkçi ola biləcəyini ifadə etdi. Araşdırmada, haradasa 40 ölkədə, hər üç ayda bir iltihab əleyhinə dərmanla müalicə edilən 10 min xəstə, dörd il boyunca araşdırıldı.
Araşdırmanı icra edən qrupun başçısı, Harvard Universiteti Tibb Fakültəsindən dr. Pol Ridker araşdırmalarının uzun bir səfərdəki bir kilometr daşı olduğunu söylədi və müalicədə yeni bir cığır aça biləcəyini vurğuladı. Ridker, "ilk dəfə, qəti olaraq iltihaba maneə törətmənin, ürək xəstəlikləri risklərini azaltdığını göstərdik" dedi.

deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930