Ürək çatışmazlığı üçün yeni müalicə
Mьəllif: admin1
Tarix: 23-01-2017, 23:41
Ürək çatışmazlığı üçün yeni müalicə
Harvard Universiteti və Boston Uşaq Xəstəxanasından olan tədqiqatçılar, ürək çatışmazlığı çəkən insanlar üçün yeni bir müalicə üsulu yaradıblar.

Araşdırmada yumşaq robot texnikası örtüyünün, ürək döyüntüsü ilə eyni zamanda bükülməsi və ürəyə təzyiq edərək ürək çatışmazlığı səbəbilə zəifləmiş ürək-damar funksiyaları artırdığı bildirildi.

Bu tədqiqatla hazırlanan yumşaq robotlar, bir çox tələbatlara uyğunlaşa, ürək xəstəliyi yükünü potensial olaraq azalda və xəstələrin həyat keyfiyyətini artıra bilər.
Yumşaq robot texnikası qol, ürək funksiyasına yardımçı olan mövcud cihazların əksinə, bilavasitə qanla təmas etmir. Bu, laxtalanma riskini azaldır və xəstənin potensial olaraq təhlükəli olan qandurulaşdırıcı dərmanlar qəbul etməsinin vacibliyini də ortadan qaldırır.

Tədqiqatçılardan Konor Uolş, robotun çox mükəmməl olduğunu və orqanizmin daxilində və xaricində mexaniki üsullarla müalicə bəxş edən bu cür cihazların gələcəkdəki digər proqramlar üçün ilham mənbəyi olduğunu deyib.

deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930