Uzunömürlüyün səbəbi
Mьəllif: admin1
Tarix: 13-06-2019, 22:16
Uzunömürlüyün səbəbi
Cənubi Danimarka Universitetinin alimləri uzunömürlüyün əsas səbəbini açıqlayıb. Uzunömürlülük səhiyyə institutlarının inkişaf etmiş ölkələrdə artmaqdadır. Belə ölkələrdə yaşlı nəsillə müəyyən proqramlar çərçivəsində xüsusi işlər aparılır.

"Deyerler.org"un Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, tədqiqatçılar 1870-1904-cü illər arasında doğularaq 100 yaşa qədər çatmış 17000 insanın məlumatları haqda araşdırmalar aparıb. Nəticədə 10995 insanın İsveçdən, qalanının isə Danimarkadan olması məlum olmuşdur.

İsveçlilərin ümumi ölüm halları danimarkalılara nisbətən daha aşağı idi. Danimarkalılar isə, isveçlilərə nisbətən daha gec dünyadan köçürlər.

Alimlər qeyd edir ki, Danimarkada uzunömürlüyün əsas şərtlərindən biri gündəlik aktiv həyat tərzinin (AHT) olmasıdır. Yüksəl AHT göstəricilərə malik olan yaşlı insanlar, başqaları tərəfindən daimi köməyə ehtiyac duymur və müstəqil olaraq öz işlərini özləri görə bilir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930