UNICEF: Dünyada hər gün 1 aylıq olmayan 7 min uşaq ölür
Mьəllif: admin1
Tarix: 21-02-2018, 10:04
Bцlmə: Xəbərlər
UNICEF: Dünyada hər gün 1 aylıq olmayan 7 min uşaq ölür
BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) dünyada hər gün 1 ayı olmamış 7 min uşağın dünyasını dəyişdiyini açıqlayıb.

UNICEF-in yaydığı hesabatda, dünyada hər il 2.6 milyon uşağın hələ bir ayı olmadan öldüyü, xüsusən az inkişaf etmiş ölkələrdə uşaq ölümlərinin ciddi miqyasda olduğu qeyd olunub.

Keçən il ən yüksək körpə ölüm nisbəti Pakistanda qeydə alınlıb. Uşaq ölümlərinə görə siyahıda Pakistandan sonra Mərkəzi Afrika Respublikası və Əfqanıstan gəlir.

Hesabata görə, Pakistanda hər min körpədən 45,6-sı bir ayı olmadan ölür.

Uşaq ölümlərinin ən az qeydə alındığı ölkə Yaponiya olub. Burada hər min körpədən yalnız 0,9-u bir aylıq olmadan ölür.

Siyahıda Yaponiyanı İslandiya və Sinqapur təqib edir.

Hesabatda, az inkişaf etmiş ölkələr ilə inkişaf etmiş ölkələr arasında körpə ölüm nisbətləri baxımından böyük bir uçurumun olduğu qeyd olunub.

Az inkişaf etmiş ölkələrdə orta hesabla hər min yeni doğulmuş körpədən 27-si, inkişaf etmiş ölkələrdə isə hər min yeni doğulmuş körpədən 3-ü ölür.

Hesabatda ən çox uşaq ölümlərinin qeydə alındığı 10 ölkədən 8-nin Afrika qitəsində yerləşdiyi bildirilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930