Dünyanın ən içkili və ən ayıq ölkələri
Mьəllif: admin1
Tarix: 2-09-2018, 17:26
Bцlmə: Xəbərlər
Dünyanın ən içkili və ən ayıq ölkələri
İslamazeri.com-un “Lancet” jurnalına istinadən verdiyi xəbərə əsasən, alimlər müxtəlif ölkələrdə yaşayan insanların gündəlik istifadə etdiyi spirtli içkinin miqdarı haqda məlumat veriblər.

Vaşinqton Universitetinin və Bill və Melissa Qeyts Fondunun mütəxəssisləri spirtli içki istifadəsinə həsr edilmiş 1282 araşdırmanı təhlil ediblər. Məlum olub ki, dünyada ortalama spirtli içki istifadəsinin sutkalıq porsiyası qadınlarda 0,73, kişilərdə isə 1,7 “içkidir” (1 “içki” 100 ml qırmızı şəraba və ya 280 ml pivəyə və yaxud da 30 ml tünd spirtli içkiyə bərabərdir).

Dünyada ən çox spirtli içkidən istifadə edən kişilər isə rumınlardır. Onlar gündə ortalama 8,2 alkoqollu “içki” içirlər. Onların ardınca isə Portuqaliya (7,2) və Lüksemburq (7,2), həmçinin Litva (7) və Ukrayna (7) sakinləri də gəlir.

Qadınlar arasında isə ən çox spirtli içki içən Ukraynadır (gündə 4,2 içki), daha sonra isə Andorra (3,4), Lüksemburq (3,4) və Belorusiya (3,4), daha sonra isə İsveç (3,1), Danimarka (3,1) və İrlandiya (3,1) gəlir.

Həmçinin dünyanın ən “ayıq” xalqlarının adları da bəlli olub. Belə ki, kişilər arasında ən aşağı göstərici Pakistanda (0,0007), qadınlar arasında isə İrandadır (0,0003).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930