Yaddaşınızı möhkəmləndirmək üçün bunları etməli - ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 15-11-2021, 10:39
Yaddaşınızı möhkəmləndirmək üçün bunları etməli - ARAŞDIRMA
1. Saqqız çeynəyin. Saqqız çeynəmək yaddaşının 25 faiz daha güclü olmasına imkan verir.

2. Haram içki olan spirtli içkiləri qəbul edən, bundan qəti imtina etməlidir. Spirtli içki qəbul etmək beyin hüceyrələrinin çox sürətli ölməsinə səbəb olur.

3. Həftədə iki-üç dəfə balıq istehlak etməyə diqqət yetirin.

4. Siqareti atın. Aparılan araşdırmalara görə, siqaret çəkənlərin Alzheimer xəstəliyinə tutulma riski siqaret çəkməyənlərə görə üç dəfə çoxdur.

5. Stressin beyin hüceyrələrini təsir göstərməsini əngəlləmək üçün müntəzəm olaraq nəfəs idmanı edin. Doğru nəfəs almağa diqqət yetirin.

6. Gündə 5 kilometr yeriyin. Yerimək təkcə beyini deyil, həmçinin ürəyi də qoruyur. İnfarkt keçirmə riskini 40 faiz azaldır.

7. Yüksək səslə sözlər söyləyin. Məsələn, öz özünüzə "qazı söndürdüm" deyin. Bu sizə daha sonra qazı söndürdüyünüzü xatırladır.

Bu üsul insanlarla tanış olarkən də, adlarını xatırlama mövzusunda faydalı olur.
Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930