“İnfarkt və insultun səbəbi təhsildir”
Mьəllif: admin1
Tarix: 20-12-2016, 14:36
Bцlmə: Xəbərlər
“İnfarkt və insultun səbəbi təhsildir”
Avstraliya universitetinin alimləri müəyyənləşdiriblər ki, insanın təhsilinin səviyyəsi onun xəstəliyi ilə uzlaşır.
İslaminSesi Rg.ru-a istinadən bildirir ki, Avstraliya alimləri araşdırmalar nəticəsində müəyyən ediblər ki, insanın xəstəliyi onun təhsili ilə mütləq uzlaşır. Yəni insanda təhsil nə qədər aşağıdırsa, onun infakrt olması və ya insult keçirtməsi o qədər risklidir. Bu barədə araşdırmanın rəhbərlərindən olan professor Rozamari Korda açıqlama verib.

"Bizim araşdırma zamanı gəldiyimiz son nöqtə budur: Təhsil nə qədər azdırsa, infarkt və insult riski o qədər böyükdür."

Araşdırma zamanı alimlər yaşı 45-dən yuxarı 267 min insanı tədqiq ediblər. Belə məlum olub ki, təhsilsiz insanların təhsillilərlə müqayisədə bu xəstəliklərə yoluxma ehtimalı 100%-dir. Orta təhsilli insanların bu riski isə 70% olub.

Alimlər bildiriblər ki, insanın harada yaşaması və hansı işlə məşğul olması da onun sağlamlığına təsir edir. Bu araşdırmanın nəticələri International Journal for Equity in Health jurnalında çap olunub.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930