“Yanan ışıqdan uzaqlaşmaq yox, istifadə etmək lazımdır”
Mьəllif: admin1
Tarix: 17-04-2014, 03:18
Bцlmə: Məqalələr » Maarif
“Yanan ışıqdan uzaqlaşmaq yox, istifadə etmək lazımdır”


Tehranın bu günkü cümə xətibi Ayətullah Muhəmməd İmami Kaşani maraqlı açıqlamalar verib...

İslamazeri-nin “Fars” xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən, Tehranın bu günkü cümə xətibi Ayətullah Muhəmməd İmami Kaşani olub.

O ilk xütbəsində hamını ilahi təqvaya dəvət və qarşıdan gələn İsa Məsihin doğum gününü təbrik edərək bildirib: “Bu gün düşmən islam dünyasını bir-birinə qatmaq istəyir. Təkfirçiləri və sələfiləri yaradaraq istədikləri ölkələrə nüfuz etdirir və iğtişaş yaratmağa səbəb olurlar. Onlar şiə və sünnu qardaşları arasında ixtilaf yaratmaq və islamı sələfilər sayəsində dünyaya zorakı və terrorçu kimi göstərməyə səy edirlər. İslam dünyası hazırda bu problemlə üz-üzədir və xristianlar İsa məsihin hikmətli sözünü qulaqlarına sırğa etsinlər: “Yanan ışıqdan uzaqlaşmaq yox, istifadə etmək lazımdır”.

İmam cümə daha sonra deyib: "İran İslam respublikası ışıqdır və yolu aydınlaşdırır. Bu inqilab baş tutan zamandan düşmənin necə sistematik planlar cızdığının şahidi oluruq. 5 il bundan öncə ölkədə baş vermiş fitnədə də düşmənin əli var idi və onlar ölkəmizə hələdə tamah edirlər.”

İmam cümə daha sonra Cenevrədə keçirilən müzakirələrə də toxunaraq bildirib: “Cenevrədə olan müzakirələr də, gözəl nəticə verdi. Onlar dünyaya “İran nüvə silahı istehsal etmək istəyir” deyirdilər, lakin biz sadəcə nüvə elminə sahib olmağı istəyirdik. Siz bu elmi bizdən almaqla izzət və müstəqilliyimizi almaq istəyirsiniz. Siz bu ölkənin ümumiyyətlə aradan getməsinin tərəfdarısınız. Biz bu addımların yəhudilər tərəfindən atıldığını bilirik. ABŞ konqresində 27 nəfər İranın əleyhinə imza atır. ABŞ xalqının yalnız 5%-i yəhudi olduğu halda konqresdə olan nümayəndələrin 80%-ini yəhudilərin təşkil etməsi həqiqətəndə çox təəssüf doğuran haldır. Biz burdan xristianlara səslənirik. Baxın görün İran xalqı öz iqtidar və izzətini necə qoruyur? Bu onlardır ki, İranı dünya ölkələrinə təhlükə kimi təqdim edirlər.”

O sözlərinin davamında bildirib: "Qərb bilməlidir ki, onların tarixi qaradır və diqqətli olun bu qara tarixinizin vərəqləri qalınlaşmasın və yeni qara vərəqlər tarixinizə əlavə etməyin. Rəhbərimiz bizim işlərimizi tənzimləyir və dövlət də öz növbəsində həyata keçirir. Tarix şahid olacaq ki, İran respublikası ilk gündən sədaqətlə, siz isə xəyanətlə addım atmısınız. İran dövləti Cenevrədə qəbul olunan qərara əməl edəcək, lakin bu ölkəyə tamah göstərməyin. Çünkü biz heç bir haqqımızı əldən verməyəcəyik."
islamazeri.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031