"Cihad bəzən orduyla olur, bəzən siyasətlə"
Mьəllif: admin1
Tarix: 17-04-2014, 01:44
Bцlmə: Məqalələr » Maarif
"Cihad bəzən orduyla olur, bəzən siyasətlə"


"Obamanın sözləri lovğalıq əlaməti və yalandan başqa birşey deyil"

İslamazeri.az İnternet Qəzetinin “Mehr”-ə istinadən verdiyi məlumata əsasən, Tehranın bu həfətəki cümə xətibi ayətullah Muhəmməd İmami Kaşani olub.

O, İranda qeyd olunan “"Müqəddəs müdafiə" həftəsi münasibəti ilə bütün İran xalqını təbrik edərək bildirib: “Qeyd olunan bu həftənin kökü Allaha qayıdır. İran dövləti və milləti ilahi düşüncəyə sahibdir və İmam-zaman dövlətinə birləşənə qədər bu düşncə uğrunda çalışacaqdır. Prezidentin BMT-də ki çıxışlarındanda bunları anlamaq mümkündür.”

O, sözlərinin davamında İran prezidenti Həsən Ruhaninin BMT-də olan çıxışlarına toxunaraq bildirib: "Quran, Allahın dinini qorxmadan təbliğ edən şəxsiyyətləri tərif edir. İran prezidentinin söhbətləri həqiqətdə İslamın, imam Xomeyninin və rəhbərimizin sözlərinə təkid idi. Bəzən cihad orduyla olur, bəzən siyasətlə. Bəzən insan bərk, bəzən isə asta danışmaqla qəhrəmanlıq sərgiləyir, lakin hədəf hər halda eynidir."

Ayətullah Muhəmməd İmami Kaşani BMT-nin Baş Assambleyasında olunan söhbətlərə də diqqət çəkərək deyib: “ABŞ prezidenti Barak Obamanın İran İslam Respublikasını məhv etmək niyyətinin olmamasını deməsi lovğalıq əlaməti və yalandan başqa bir şey deyil. Adətən döyüş meydanlarında əsassız çıxışlar edilir, bu da onlardan biri idi. Biz ABŞ xalqına və digərlərini bildiririk ki, İslam Respublikasını, Allaha bağlı olan bir dövləti məhv etmək mümkünsüzdür. İslami nizamın ətri bütün dünyaya yayılıb və bu cür əsassız düşüncələr faydasızdır. Bu hegemon dövlətlərin aramlığının aradan gedməsinə işarədir.”

O, həmçinin nüvə silahı mövzusuna da toxunaraq “Qərb dediyi sözlərə əməl etməlidir. Ali Dini Lider Ayətullah Xameneinin nüvə silahı ilə verdiyi fətva sizin sözünüz kimi siyasi deyil, İslama söykənən bir sözdür. Sizin etdiyiniz çıxışlar əsassız və kökə sahib deyil, lakin İslam dərin kökə sahibdir.”
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930