Ömər Səd (lən) bilirdi ki, Əhli-Beytə (ə) zülm etmək haramdır. Bəs niyə bu cinayətə qol qoydu?
Mьəllif: admin1
Tarix: 30-08-2021, 22:49
Ömər Səd (lən) bilirdi ki, Əhli-Beytə (ə) zülm etmək haramdır. Bəs niyə bu cinayətə qol qoydu?
"Əgər kimsə Allahı unutsa, Allah onu öz başına buraxar. O zaman ki, Allah insanı öz başına buraxar, şeytanın hakmiyyətinin altına rahat şəkildə girə bilər.

Zülmə rahat təslim olar. İmam Hüseynlə (ə) rahatlıqla vuruşar və özü üçün də çox da mühüm deyildir".

Tarixi şəxsiyətlər zaman keçdikcə əvəz olur, ancaq tarixə hakim olan cərəyanlar bir-birinə bənzəyirlər. Bu, bir qatara oxşayır ki, vaqonları bir-birinə bənzəyir. Lakin müsafirləri fərqlənirlər. Hamısı bir məqsədə hərəkət edir.

Quran buyurur: "Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!". ("Həşr" 19).

Rəhmətlik İmam (r) bu ayənin təfsirində yazır: "Əgər kimsə Allahı unutsa, Allah onu öz başına buraxar. O zaman ki, Allah insanı öz başına buraxar, şeytanın hakmiyyətinin altına rahat şəkildə girə bilər. Zülmə rahat təslim olar. İmam Hüseynlə (ə) rahatlıqla vuruşar və özü üçün də çox da mühüm deyildir".

İmam Hüseyn (ə) Aşura günü ilk xütbəsində bu ayəni buyurmuşdu: "Şeytan onlara hakim olub, Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Agah ol ki, şeytan firqəsi həmin ziyankarlardır". ("Mücadilə" 19).

Sonra İmam Hüseyn (ə) buyurmuşdu: "Ey mənim qarşımda toplaşan camaat! Şeytan sizin ürəklərinizi zəbt etmişdir. Allahı unutmusunuz. İmamın nurunu görmürsünüz. Allahın nurunu görmürsünüz. Dinin nurunu görmürsünüz".

Ömər ibni Səd Məhərrəmin ilk on günündə Kərbəlaya gəlmişdi. Müxtəlif insanlarla görüşmüşdü ki, onlar Öməri bu işdən əl çəkməyə dəvət etmişdilər. İmam Hüseynin (ə) səhabələrindən biri Ömərlə yerli olduğu üçün İmama (ə) deyir ki, icazə verin gedib onunla mən də döhbət edim.

İmam (ə) buyurur: "Faydası yoxdur, ancaq get".

Həmin səhabə nəql edir ki, Ömərin xeyməsinin qarşısında dayandım və gördüm ki. əyləşib qılıncını itiləyir. Dayandım və heç nə demədim.

Başını qaldırdı və dedi: ""Niyə salam vermirsən? Məgər mən müsəlman deyiləm? Hər halda sən mənim yanıma daxil olmusan və salamı sən verməlisən".

Mən dedim: "Həqiqətən sən təsəvvür edirsən ki, müsəlmansan? Bu dalğalanan Fərat çayından heyvanlar, quşlar su içirlər. Su azaddır və hamı ondan içə bilər.

Halbuki, sən suyun ətrafını mühasirəyə almısan və suyu İmam Hüseyn (ə) övladlarının üzünə bağlamısan? Sizin İmamla döyüşünüz vardır, bəs bu üç yaşlı, beş yaşlı uşaqların günahı nədir? Bu, Əməvi sünnətidir. Siffeyn döyüşündə də Müaviyyə suyu bağlamışdı.

O zaman ki, Əmirəl-möminin (ə) ora gəlib çatdı, suyun ətrafını mühasirəyə almışdılar. Hücum edib suyun qarşısını açmışdı. O zaman ki, su azad oldu, bir nəfər gəlib dedi:

"Əmirəl-möminin! Siz də suyu onların üzünə bağlayın. Onlar suyu bağladılar, siz də belə edin".

İmam Əli (ə) buyurmuşdu: "Mən bu işi görmərəm. Suyu düşmənə belə, bağlamaq olmaz. Onlar susuzlayar və suya ehtiyacı olar"".

Ömər başa düşdü ki, mən niyə ona salam vermədim və başını qaldırıb dedi: "Bilirsən necədir? Sən ki, məni tanıyırsan, biz yerliyik.

Mən bilirəm ki, bunlar Peyğəmbərin (s) Əhli-beytidirlər. Bilirəm onlara əziyyət vermək haramdır.

Mən onların məqamını bilirəm, ancaq nə edim ki? Mən Hüseynin (ə) qanını Rey hakimiyəti ilə dəyişmişəm. Əgər bu ticarət olmasaydı, suyu açardım".

Gördüm ki, faydası yoxdur, geri qayıtdım. İmam (ə) qayıdan zaman məndən nə baş verdiyini soruşdu və mən dedim: "Ya ibni Rəsulallah!

Söhbət etdim və Ömər dedi ki, sizin qanınızla ticarət etmişdir və ona görə də dinə, Allaha və sizin uşaqlarınıza görə fikirləşmir. Onun üçün bunlar mühüm deyildir"".

Bəli, o zaman ki, insan Allahı unudar, öz həqiqətini unudar. O kəs ki, Allahı tanımaz və xatırlamaz, heç bir günah etməkdən boyun qaçırtmaz.

Bu, ona bənzəyir ki, dərə və təpə olan təhlükəli yolla gedəsən və hər an uçuruma düşmək təhlükəsi olar. O kəs ki, Allahı unudar,

Allah da onu özbaşına buraxar və aqibəti cəhənnəmlik olar. Bu insan İlahi feyzdən məhrum olar. Necə ki, Yezid (lən) və tör-töküntüləri məhrum olmuşdu.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031