Şeytanın insanı namazdan saxlamaqda hədəfi nədir?
Mьəllif: admin1
Tarix: 24-02-2022, 17:11
Şeytanın insanı namazdan saxlamaqda hədəfi nədir?

“Həqiqətən şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?”. (“Maidə” 91).

Bu ayənin buyurduğu kimi, şeytan (lən) qumar və şərabın vasitəsilə insanı namazdan və ibadətdən saxlamaq istəyir. Qumar və şərabın vasitəsilə insanların arasına düşmənçilk toxumu səpər və insanı Allahdan uzaqlaşdırar.

“Əl-Mizan” təfsirində yazılır: “Şeytan istəyir ki, şərab və qumar vasitəsilə sizin aranıza düşmənçilik və qəzəb salsın. Sizi Allahı zikr etməkdən və namazdan saxlayar. Şeytan sizi bu əməllərə dəvət edərək, şərdən başqa bir şey istəmir”.

Pislik - şeytanın əməlidir. İnsan şərab içərək, şeytan tərəfindən vəsvəsə olar və yolunu azar. Hədislərin bir çoxunda oxuyuruq ki, şeytan insan cildində zahir olub insanlara şərab düzəltməyi öyrətmişdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz - dininin sütunudur”. Lakin şərab içən insan şeytan pisliyinə bulaşdığı üçün ibadətdən uzaqlaşar. Şeytan da bu əməl vasitəsilə insanların arasına düşmənçilik və kin toxumları səpər. Qumar oynamaq da onun kimi.

Şeytan (lən) istəyir ki, Allahı unudaq və Ona şükür etməyək. Şeytan istəyir ki, dinin sütununu titrədək və dağıdaq. Şeytan istəyir ki, insan ona itaət etsin, Allaha deyil.

İbni Abbas nəql edir: “Səd ibn Əbi Vəqqas ənsarlı bir kişi ilə qardaşlıq əhdi bağlayırlar. Ənsardan olan kişi Sədi qonaq çağırır. Süfrə açır və şərab qoyur. Hər ikisi yeyib məst olurlar.

Bir-birinin yanında lovğalanırlar. İş o yerə çatır ki, münaqişə edirlər və ənsardan olan kişi bir sümük götürür, Sədin burnuna elə vurur ki, burnu sınır. Allah bu ayəni nazil edir. (“Maidə” 91).

Yəni şeytan istəyir ki, siz düşmən olasınız. İnsan şərab içən zaman elə əməllər görür ki, sağlam başla onları heç bir zaman etməzdi.

Ayənin verdiyi müraciətlər:

- Şeytanın yoldan çıxartmaq vasitələri çoxdur və onların vasitəsilə hətta alimləri belə yolundan çıxarda bilir.

- Bütün çirkin işlər - şeytanın təhrikidir. Çünki bəşəri səadət və xeyirdən saxalayan amildir.

- Şeytanın istifadə etdiyi vasitələr ona görə haramdır ki, insanların arasına kin və düşmənçilik salar. İnsanı Allahı yada salmaqdan saxlayar.

- Şeytan insanı həm başqalarından və həm də Allahdan uzaqlaşdırar.

- Məhəbbəti küslüyə çevirər.

- Şeytan əməli Allah bəndələrinin yolundakı səddir.

- Allahla rabitə - zikr, namaz, dua və ibadətdir.

- Əgər cəmiyyətdə şərab və qumar artarsa, insanları namazdan uzaqlaşdırar.

- Şərab namaza mane olar.

- Bu maneələr qarşısında süstlük etmək - insanı İlahi feyzdən saxlayar və Allahın rəhmətindən məhrum edər.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031