İnsanın ixlasının dərəcəsi, onun özünə mərifətindən bilavasitə asılıdır
Mьəllif: admin1
Tarix: 23-12-2017, 10:04
İnsanın ixlasının dərəcəsi, onun özünə mərifətindən bilavasitə asılıdır

İxlas - əməlin ruhudur. Başqa mövzular kimi, onun da mərhələləri vardır. Onun ən üstün mərhələsi sidqdir. Sidq odur ki, insan bir əməli niyyət edən zaman, onda dünya və axirət mənfəəti gözləməsin. Allahdan başqa məqsədi olmasın.

Quranın buyurduğu kimi, insan ehtiyaclı bir varlıqdır. İnsanın özünə olan mərifəti hər nə qədər çox olarsa, Xaliqi daha çox tanıyar və diqqət edər. Nəticədə imanı artar və mənəvi dərəcəsi yüksələr. İbadət və bəndəlikdə ixlası olar. İnsanların özünə olan mərifəti müxtəlif olduğu üçün, dərəcələri də müxtəlifdir.

İnsan bütün varlığı ilə Allaha möhtacdır. Allah buyurur: “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil”. (“Fatir” 15).

Allah Təala insana qüdrət, iradə və ixtiyar vermişdir ki, dünya və axirət saədətini təmin edə bilsin. İnsan bu iradə və ixtiyarı ilə dünya işlərini görər, lakin insan bilməlidir ki, bütün bu nemətləri ona Allah vermişdir. İnsan axirət səadətinə çatmaq üçün gərək peyğəmbərlərin (ə) gətirdiyi İlahi yolla addımlasın. Allaha bəndəlik yolu ilə, ruh və canı ilə Ona yaxınlaşsın. Ona görə də insan ehtiyac sahibidir, ancaq Allahın heç bir ehtiyacı yoxdur.

İnsanın bu dünyada gördüyü əməllərin niyyəti, onun taleyini həll edər. İnsan əgər bir əməli behiştə çatmaq və ya cəhənnəm qorxusundan yerinə yetirirsə, əslində İlahi hədəfə qulluq etmiş olar, ondan uzaqlaşmaz. Behiştə getmək o şeydir ki, Allah onu istəmişdir. İbadət əməlllərinin təbii təsiri də elə budur ki, insan təqva gövhərini əldə edər və onun sayəsində behiştə daxil olar.

Ancaq insan elə məqama çatmalıdır ki, Allahı Allah üçün istəsin. Yəni, ibadəti ancaq Allah üçün olsun. Şübhəsiz ki, bu ibadətin savabı bəndəyə çatacaqdır.

Ona görə də ixlas dedikdə, yəni niyyətini Allahdan qeyrisindən xalis edirsən və niyyəti ancaq Allah olur. Əməldə ixlas dedikdə o nəzərdə tutulur ki, həmin işin əsl stimulu İlahi qürb olmalıdır, nəinki başqalarının razılığı.

İxlasın ən üstün mərhələsi sidqdir, ən alçaq mərhələsi isə safidir. Bu, elə bir ixlasdır ki, insan əməlində savaba çatmağı və ya əzabdan qorunmağı qəsd edər. Gəlin, bu mübarək Ramazan ayında ixlasın ən üstün mərhələsi olan sidq mərhələsinə çatmağa çalışaq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031