İxlasın nişanələrini tanıyaq
Mьəllif: admin1
Tarix: 29-05-2020, 00:06
İxlasın nişanələrini tanıyaq
Hər bir əməlin gövhəri – onu yerinə yetirmək niyyətidir. Niyyət - həmin əməlin ruhudur, əməl isə cismidir.

Əgər cismin ruhu olmazsa, bir cəsədə bənzəyər. Həkimlərin nəzərinə görə 90% xəstələrin cismi problemləri ruhi xəstəliklərindən qaynaqlanır. Bəzən deyilir ki, sağlam ağıl sağlam bədəndə olar. Onun əksi də düzdür. Sağlam cisim sağlam ruhun məhsuludur.

Əgər əməlin kiçik olsa belə, İlahi niyyətlə olarsa təsiri çox olar. Lakin böyük işləri qeyri-İlahi niyyətlə yerinə yetirsən, heç bir təsiri olmaz.

Allah Həzrət Musaya (ə) buyurur: “Ey Musa! O şey ki, Mənə xatir yerinə yetirilər - azı çox və o şey ki, Məndən qeyrisi üçün yerinə yetirilər - çoxu azdır. Az xalis əməl xalis gövhər kimi dəyərlidir”.

Quranın nəzərinə görə bütün insanlar ziyandadırlar, müxlislərdən başqa. O kəslər ki, iman gətirib və saleh əməl yerinə yetirirlər. Bu insanların əməli ona görə salehdir ki, iman ruhu ilə can tapmışdır. Niyyəti isə xalisdir və ona görə də ziyana uğramaz.

Niyyət bizim bütün əməllərimizə rəng və ruh verər. Niyyət insanı elə bir məqama çatdırar ki, başqa bir şeylə insan bu dərəcəyə çata bilməzdi. Əgər niyyət Allahdan qeyrisi üçün olarsa, bizi süqut etdirər. Yox, əgər Allah üçün olarsa, bizi Allaha yaxınlaşdırar.

Əgər insan bütün ibadətlərini: namazdan, həccdən tutmuş, sədəqəyə görə şöhrət və məqama çatmaq üçün yerinə yetirərsə - bu zaman pis və müşrikcəsinə iş görmüş olar.

Biz müsəlmanlar hər bir işimizi Allahın adı ilə başlayırıq. Evdən çıxan zaman, paltar geyinən zaman, yemək yeyən zaman, sükan arxasında əyləşən zaman.

Əgər paltarımızı Allahın adını çəkərək geyinsək, həmin paltarla naməhrəmin diqqətini cəlb etməyə getmərik. Əgər ticarətimizi Allahın adı ilə başlasaq, aldatmaz və fırıldaq etmərik.

Quranın nəzərinə görə, ən zirək insan - sadiq insandır. O kəslər ki, məkr və riya ilə məşğludurlar, öz məkr tələlərinə düşərlər. Allah öz məkrlərini özlərinə qaytarar.

“Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır”. (“Ali-imran” 54).

İxlasın nişanəsi.

İmam Sadiq (ə) buyurur: “Saleh əməl o əməldir ki, Allahdan başqasının səni tərifləməsini istəməzsən. Ən xalisi isə odur ki, öz əməlini hesaba almazsan”.

Xalis niyyətin nişanəsi budur ki, başqalarının sənin bu əməlinə təşəkkür etməsini gözləməzsən. Əgər yaxşılıq edib pislik görsək, yenə də yaxşılıq etməyə davam edək. Yəni, bu işi bəndə üçün deyil, Allah üçün yerinə yetirək.

Müxlislərin nişanələrindən biri də budur ki, çox mehriban və bağışlayandırlar. Necə ki, öz səhvlərimizi gizlədirik, çalışaq ki, başqalarının da səhvini gizlədək. Gözləntimiz olmadan hədiyyə verək və məhəbbət göstərək.

İxlaslı olmağın əksi - riyakarlıqdır. İmam Əli (ə) riyakarı bizə bu cür tanıdır: “Riyakarın üç nişanəsi vardır: insanları görən zaman sevincli və şaddır. O zaman ki, təkdir (heç kim onu görmədiyinə görə) süstləşər. Sevər ki, insanlar bütün işlərində onu tərifləsinlər”.

Yaddan çıxartmayaq ki, riya insanlara xatir edilən əməldir. İxlas isə Allaha xatir. Riyakar xəlvətdə olan zaman insan içində olduğu kimi deyildir. Lakin müxlis həmişə eynidir, həm xəlvətdə və həm də insanların içində olan zaman.

O kəslər ki, ailədə olan zaman hər kəsə əzab və əziyyət verər, bayıra çıxanda isə mülayim və mehriban olar, alimlərə xüsusi ehtiram qoyar, məscidlərə gedər - bu insan riyakarlıq edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930