Əməllərimizin ixlasına nə mane olur?
Mьəllif: admin1
Tarix: 5-01-2023, 11:13
Əməllərimizin ixlasına nə mane olur?
Hər cür çirkinlikdən uzaq olmaq deməkdir. İxlaslı insan o kəsdir ki, özünü hər cür şirkdən paklayar və icazə verməz ki, hədəfinə və ya niyyətinə Allahdan qeyrisi daxil olsun.

İxlaslı insanın seyri Allahdan Allahadır, Allaha təvəssül və təvəkküllədir. Hər bir yerdə qeyrisini Allahla qarışdırmaz. Bu, elə bir sifətdir ki, ancaq Allaha aşiq olanların ürəyində meydana gələr.

Ona görə də hər kim bu ali məqama çatmaq istəyirsə, gərək Allahı öz məhbubu qərar versin. Bu yolla Allahın razılığını özünə cəlb etsin. Hər kim Allahın məhbubu olar, bütün varlığı ixlasa bürünər. Sevgi o zaman həqiqi olur ki, ikitərəfli olsun.

İnsan çox mürəkkəb bir varlıq olduğu üçün ixlasın meydana gəlməsi asan məsələ deyildir. İnsanın ehtiyacları olduğu üçün maddi dünyaya çox meyl edər və ona görə də maddi həyat insanın ixlaslı olmasına mane olan ilk amildir.

Bundan baqşa insan fitrəti ali hədəflər dalınca olduğu üçün maddi həyatla qənaətlənmir. Ona görə də daima əlçatmaz arzular və istəklər ardınca olar. Bu arzu və istəklər - əməlinin ixlaslı olmasına mane olan ikinci amildir.

İnsanın bədəni maddi olduğu üçün, onun ehtiyaclarını ödəməyə məcburdur və bunun üçün də maddi həyatla əlaqəsini kəsə bilməz. Ona görə də insan əgər bu yolda həddini aşarsa və başqalarının haqqına təcavüz edərsə, bu yolla maddi imkanlarını genişləndirərsə, bu, onun ixlaslı olmasına mane olar.

“O kəs ki, mal yığıb onu dönə-dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz). Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır)”. (“Huməzə” 2-3).

Bu insanların niyyət və hədəfi Allah deyildir. Onlar malı və dövləti sevirlər.

Lakin əgər insan maddi ehtiyaclarını ödəmək üçün mötədil rəftar edərsə və bu yolda bütün səyi İlahi hədəfə çatmaq olarsa, o zaman əməllərinin ixlaslı olması üçün maneənin birini aşmış olar.

Bu insanlar əgər ruzi qazanmaq üçün çalışsalar, bunun özü xalis ibadət olar. Əgər kamala çatmaq üçün maddi ehtiyaclarını ödəsələr, xalis əməl olar.

Lakin maddiyata vurgun insanlar dünya sevgisinə o qədər bağlanıblar ki, axirət üçün ürəklərində yer qalmamışdır. Bəlkə küncündə-bucağında axirət üçün yer ayırıblar, o da çox az. Ona görə də dünya gözlərində zinətlənmiş, axirət isə unudulmuşdur.

İnsan kamala çatmaq üçün bir çox arzular edə bilər və istəkləri olar. Lakin əgər dünya şöhrətinə və mal-dövlətinə görə arzular edərsə və bu arzuları da uzun olarsa, əməli ixlaslı olmaz.

İxlasın meydana gəlməsinə mane olar. Əgər insan əməlinin ixlaslı olmasını istəyirsə, etdiyi xeyir işdə maddi mənfəət və ya şöhrət güdməməlidir. Çünki əgər niyyət belə olarsa, Allah üçün olmaz, xalis olmaz.

Ona görə də əməlimizin ixlaslı olması üçün niyyətimiz Allahla olmalıdır, özümüz və ya gələcəkdəkilərlə deyil. Allah “İnsan” surəsində ixlas nümunəsi olan insanlara işarə edir və buyurur: “Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər. (Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik»”. (“İnsan” 8-9).

Beləliklə deyə bilərik ki, insan gərək gördüyü bütün işlərində niyyətini Allah rizası üçün etsin. Bilsin ki, qeyrisini bu işə qarışdırmaq - ixlasına mane olan ən böyük amildir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031