Zilhiccə ayının sonuncu gününün namazı
Müəllif: admin1
Tarix: 20-08-2020, 09:37
Zilhiccə ayının sonuncu gününün namazı
Zilhiccə ayının axırıncı günü – qəməri təqvimi ilə ilin axırıncı günüdür.

Bu il üçün zilhiccə ayının 29 və ya 30 gün olmasından aslı olaraq, zilhiccənin sonuncu günü ya avqustun 19-na, ya da 20-nə təsadüf edir.

Seyidin “İqbal” kitabına əsasən rəvayət olunub ki, sonuncu gündə 2-rükətli namazın qılınması məsləhət görülür.

Bu namazın hər rükətində 1 dəfə “Həmd” (“Fatihə”) və 10 dəfə “İxlas” surəsi və 10 dəfə “Ayətül-kürsi”ni oxuyaraq qılınır.

Namazdan sonra bu dua oxunur:“Əllahummə mə ‘əmiltu fi həzihis-sənəti min ‘əməlin nəhəytəni ‘ənh, və ləm tərzahu və nəsituhu və ləm tənsəh, və də’əvtəni ilət-təvbəti bə’dəctira-i‘ələyk. Əllahummə fəinni əstəğfirukə minhu fəğfir li və mə ‘əmiltu min ‘əməlin yuqərribuni iləyk, fəqbəlhu minni və lə təqtə’ racəi minkə yə kərim”.

Bu duanı eşidən şeytan (lən) deyər: “Vay olsun mənə, mənim bu ildə çəkdiyim bütün zəhmətləri bu sözlərlə yerə vurdu”. Həmçinin, keçən il, onun bu ili yaxşı başa vurmasına şəhadət verər.

(Mənbə: “Məfatihul-Cinan”)


Hazırladı: Məryəm Əkbər
Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31