Hər kim ‘Ənbiya’ surəsini eşq-məhəbbətlə oxusa...
![]() “Ənbiya” surəsini oxumağın bir sıra bərəkətləri var. Qiyamət hesabının yüngüllüyü və peyğəmbərlə görüş bu bərəkətlərdəndir; bu şərtlə ki, surə eşqlə oxunsun, iman və əməl üçün müqəddimə olsun. İmam Sadiq (ə) buyurur: من قرأ سورة الانبياء حبا لها کان ممن رافق النبيين أجمعين في جنات النعيم و کان مهيبا في أعين الناس حياة الدنيا “Hər kim “Ənbiya” surəsini eşq-məhəbbətlə oxusa, nemət dolu cənnət bağlarında bütün peyğəmbərlərlə birgə olar və dünya həyatında insanların gözündə heybətli, əzəmətli olar.” (“Səvabul-əmal”, səh.98.) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur: .َمَنْ قَرَأَ سُورَةَ الْأَنْبِيَاءِ، حَاسَبَهُ اللَّهُ حِسَابًا يَسِيرًا، وَصَافَحَهُ وَسَلَّمَ عَلَيْهِ كُلُّ مَنْ ذُكِرَ اسْمُهُ فِي القرآن “Ənbiya surəsini oxuyan şəxsin Allah-Taala (qiyamət) hesabını asanlaşdırar və Quranda adıçəkilən peyğəmbərlər onunla görüşüb, ona salam verərlər.” (“Nurus-səqəleyn”, səh.412.) (Maide.az) Oxşar xəbərlər
|
|