Hər kim bu surəni cümə günü oxusa...
Mьəllif: admin1
Tarix: 22-10-2019, 14:06
Hər kim bu surəni cümə günü oxusa...
110 ayədən ibarət olan “Kəhf” surəsi Qurani-Kərimin 18-ci surəsidir. İyirmi səkkizinci ayədən başqa, onun bütün ayələri Məkkədə nazil olmuşdur.

Bu surənin fəziləti və onu oxumağın təsirləri haqqında xeyli hədis nəql olunmuşdur. O cümlədən:

1. Peyğəmbəri-Əkrəm (s) səhabələrinə buyurmuşdur: “Sizə bir surə haqda məlumat verimmi ki, nazil olduğu zaman yetmiş min mələk yola salmış, əzəməti göy və yeri əhatə etmişdir?!”

Səhabələr dedilər: “Bəli, ey Allahın Peyğəmbəri!” Peyğəmbər (s) buyurdu: “Kəhf surəsidir. Hər kim onu cümə günü oxusa, Allah-Taala onun növbəti cüməyə qədər günahlarını bağışlayar (başqa rəvayətdə buyurulur ki, günahlardan qoruyar)..., Dəccalın fitnəsindən amanda qalar.”

2. İmam Sadiq (ə) buyurmuşdur: “Hər cümə axşamı “Kəhf” surəsini oxuyan şəxs dünyadan şəhid köçər, yaxud şəhidlərlə məhşur olar və qiyamət günü şəhidlər sırasında yer alar.” (“Məcməul-bəyan”, uyğun surənin təfsirində.)

Maide.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930