Hər kim ‘Hicr’surəsini oxusa...
Mьəllif: admin1
Tarix: 20-09-2019, 18:49
Hər kim ‘Hicr’surəsini oxusa...
“Hicr” surəsi 99 ayədən ibarətdir və Qurani-Kərimin “İbrahim” surəsindən sonra 15-ci surəsində yer tutsa da, məşhur təfsirə görə, hicrətdən öncə Məkkədə, “Yusif” surəsindən sonra və “Ənam” surəsindən öncə Peyğəmbərə (s) nazil olmuş 52-ci surədir.

Ümumiyyətlə, “Hicr” surəsi aşağıdakı mətləblərdən bəhs edir:

– Qurani-Kərimin əzəmət və əhəmiyyəti, onun təhrifdən, əskilib-artırılmaqdan qorunması;

– Peyğəmbərə (s) yaxılan iftira və töhmətlər;

– Yaradılış sirlərini mütaliə etməklə varlıq aləminin Rəbinə iman gətirmək;

– Məad, ölümdən sonrakı həyat və azğınların əzabı;

– Həzrət Adəmin (ə) yaradılış dastanı və İblisin üsyankarlığı;

– Keçmiş qövmlərin, o cümlədən, İbrahim, Lut, Saleh və Şüeyb peyğəmbərlərin qövmlərinin sərgüzəştləri;

– Təsiredici xəbərdarlıqlar, təşviqlər, qorxutma və müjdələr;

– Müsəlmanların müxaliflər müqabilində müqavimət göstərməsi.

1. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur:
من قرأ سورة إبراهيم عليه السلام و الحجر أعطي من الأجر عشر حسنات بعدد من عبد الأصنام و بعدد من لم يعبدها

“Hər kim “İbrahim (ə) və “Hicr” surələrini oxusa, bütə pərəstiş edən və pərəstiş etməyənlərin sayından on dəfə çox ona savab verilər.” (“Məcməül-bəyan”, 4-cü cild, səh. 193.)

2. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur:
من قرأ هذه السورة اعطی من الحسنات بعدد المهاجرین و الانصار.

“Hər kəs bu surəni (“Hicr” surəsini) oxusa, ona mühacir və ənsar zümrələrinin sayı qədər savab əta olunar.” (“Əl-burhan fi təfsiril-Quran”, 8-ci cild, səh.42.)


Maide.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930