Bu surə nazil olarkən, 70 000 mələk onu müşayiət edirdi
Mьəllif: admin1
Tarix: 21-10-2023, 12:07
Bu surə nazil olarkən, 70 000 mələk onu müşayiət edirdi
İmam Sadiqdən (ə) nəql edilir: ""Ənam” surəsi elə bir halda nazil oldu ki, 70 min mələk onu müşayiət edirdi. Siz də onu əziz və böyük tutun, çünki Allahın mübarək adı onun 70 yerində gəlmişdir.

Əgər insanlar bilsəydi ki, onu oxumağın nə faydaları vardır, heç bir zaman onu tilavət etməyi tərk etməzdilər”.

Həmçinin hədisdə deyilir ki, o zaman ki, bu surə nazil olur, Həzrət Peyğəmbər (s) səcdəyə getmişdi və buyurmuşdu: "Sübhənallahi Əzim”.

Sonra vəhyi yazanları çağırmışdı və həmin gecə "Ənam” surəsini yazmışdılar.

"Ənam” surəsi - Quranın altıncı surəsidir. 165 ayəsi vardır. Məkkədə nazil olmuş surədir və "Hamidat” surələrinin ikincisidir.

"Hamidat” o surələrə deyilir ki, həmdlə başlayır.

"Ənam” surəsi Peyğəmbərə (s) nazil olan 55-ci surə olmuşdur. Həmçinin "Bəqərə” və "Nisa” surəsindən sonra Quran-Kərimin ən uzun surəsi idi. Ona görə də Quranın yeddi uzun surəsindən biri hesab edilir.

"Ənam” - bu surə üçün zikr olunan tək addır. Çünki bu surədə dördayaqlılar haqqında çox sayda əhkam və məsələlər zikr olunmuşdur. Əslində bu surə insanların diqqətini dünyada yaşayan heyvanlara və onların faydalarına cəlb edir.

"Ənam” surəsi Quranın yeddi uzun surəsindən biri olmasına baxmayaraq, bir dəfəyə Peyğəmbərimizə (s) nazil olmuşdur. Nazil olan zaman 70 min mələk bu surəni müşayiət etmişdir.

Bu surədə fiqh əhkamı bəyan olunmuşdur. Lakin ayələrin əksər hissəsi əqaid üsulunu şərh edir. "Təfsirul-mənar”da yazılıb: "Əgər surələrin adlandırılması surədə olan mövzuya görə mümkün olsaydı, "Ənam” surəsini İslam əqaidi və ya tövhid adlandırmaq olardı”.

Bu surədə ən mühüm mövzular:

- Tövhid, Allah əzəmətinin nişanələri, qüdrət və rəhməti.

- Vəhyə, nübuvvətə, risalətə, məada, qiyamətdəki əqaidə aid mövzular.

- Dördayaqlılara aid əhkam və məsələlər.

- Həzrət İbrahimin (ə) dastanı, kafirlərlə əqaid münazirələri, elmi və əməli dəlillər.

- Əxlaqi və ictimai tövsiyələr, o cümlədən: ata-anaya yaxşılıq, yetimlərə ehsan, ədalətə riayət etmək, əhdə vəfa etmək, şirkdən çəkinmək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930