‘Ali-İmran’ surəsini oxumağin fəziləti
Mьəllif: admin1
Tarix: 9-07-2019, 11:55
‘Ali-İmran’ surəsini oxumağin fəziləti
“Ali-İmran” surəsi 200 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. Surənin ayələrində xüsusi bir nizam və uyğunluq var.

“Ali-İmran” surəsi həzrət İsa (ə) və anası həzrət Məryəmin (s.ə.) əhvalatı ilə yanaşı, bəzi peyğəmbərlərin də əhvalatına toxunulur. Həmçinin surədə tövhid, Allahın sifətləri, məad, İslam maarifi, “Bədr” və “Ühüd” döyüşlərindəki ibrət dərsləri, möminlərə yetən qeybi yardımlar, Allah yolunda şəhid olanların əbədi həyatı, cihad və onunla bağlı göstərişlər, düşmən müqabilində müqavimət göstərmək, İslam və müsəlmanların sıralarının möhkəmliyinin zəruriliyi, Kəbə evi, həcc əməlləri, Allah dostları ilə dost və düşmənləri ilə düşmən olmaq, Allah yolunda infaq etmək, bütün hallarda Allahı yad etmək, yalan danışmamaq və çətinliklər zamanı səbirli olmaq kimi məsələlərdən söz açılır.

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur: “Hər kəs “Ali-İmran” surəsini oxusa, cəhənnəm üzərindəki körpüdən onun ayələrinin sayı qədər ona aman verilər.” (“Məcməül-bəyan”, 4-cü cild, səh.405.)

İmam Sadiqdən (ə) də belə nəql olunur: “Hər kəs “Bəqərə” və “Ali İmran” surələrini oxusa, qiyamətdə bu iki surə iki bulud parçası, yaxud çətir kimi onun başına kölgə salacaq və onu cəhənnəm odundan qoruyacaqdır.” (“Əl-burhan fi təfsiril-Quran”, 1-ci cild, səh.52.)

Maide.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930