Əmr – Ona məxsusdur. Söhbət hansı əmrdən gedir?
Mьəllif: admin1
Tarix: 6-11-2019, 20:13
Əmr – Ona məxsusdur. Söhbət hansı əmrdən gedir?
“(Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, Ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr – Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir”. (“Əraf” 54).

Təfsirçilərin nəzərinə görə, bu ayədə xəlq deyildikdə ilk var olan aləm nəzərdə tutulur. Əmr deyildikdə isə Allahın qanun və nizamları nəzərdə tutulur ki, onların vasitəsilə Yerə hökumət edir.

Bəzi insanlar belə zənn edirlər ki, Allah yeri xəlq etdikdən sonra kənara çəkilmiş və insanları öz başına buraxmışdır. Bir kənarda əyləşib, onları seyr edir. Onlar deyirlər ki, insan xəlq baxımından Allaha möhtacdır, ancaq həyatının qalan hissəsində Allaha ehtiyacı yoxdur.

Lakin bu əqidə - kökündən yanlış əqidədir. Bu insanlar bilmirlər ki, əgər Allah bir anlıq öz nəzərini Yerin üzərindən götürsə, bütün Yer kürəsi insanlarla birlikdə məhv olar.

Əmr sözünə gəldikdə isə, Allahın hər bir verdiyi əmr nəzərdə tutulur, istər maddi aləmlə bağlı olsun, istərsə də qeyri-maddi.

Bu ayədə gələn “Təbarük” sözü bərəkət sözündən götürülmüşdür. Onun kökü “bərk” sözünə qayıdır. “Bərk” isə “dəvələrin sinəsi” deməkdir. O zaman ki, dəvələr bir yerdə sabit qalarlar, sinələrini yerə söykəyərlər. Ona görə sinələri sabit qalar.

Ərəblər bəzən su hövzələrinə də “bərk” deyirlər. Çünki su orada sabit qalmaqdadır. Bərəkətli sözünə gəldikdə isə, bərəkətin mənası elə bir nemətdir ki, sabit qalar və tez aradan getməz.

Mübarək varlıq – o varlıqdır ki, o, davamlı olaraq qalıcı və sabitdir. Əlbəttə ki, bu aləmində həqiqətdə qalıcı olan tək varlıq – Allahdır. O, əzəli, əbədi, bütün bərəkətlərin mənbəyidir.

Ancaq Yer kürəsi belə deyildir. O, fani bir dünyadır. Əbədi və əzəli deyildir. Çünki məxluqdur, xəlq olmuşdur və Allahın əmri ilə irəli getməkdədir. Onu Allah idarə edər və hökm edən zaman, qanun və qaydalarından istifadə edər.

Beləliklə deyə bilərik ki, Allah həm xəlq edəndir və həm də əmr verəndir. O, Öz bəndələrini heç bir zaman öz başına buraxmamışdır. Əgər belə olsaydı, onda Yer kürəsi bir göz qırpımında yox olardı. Həmd və sitayiş olsun o Allaha ki, bəndələrinə qarşı analarından belə şəfqətlidir.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031