Yer kürəsi necə xəlq olunmuşdur?
Mьəllif: admin1
Tarix: 16-08-2018, 22:26
Yer kürəsi necə xəlq olunmuşdur?
İmam Sadiq (ə) Kəbə evinin altında olan torpaq barəsində buyurmuşdur: “Allah Beytullahı, yeri genişləndirməsindən 2 min əvvəl xəlq etmişdir”.

Təfsirçilər arasında yerin genişlənib Yer kürəsi halına gəlib çatması barəsində müxtəlif nəzərlər vardır. O cümlədən:

1. Yer əvvəlcə suyun altında qərq olmuşdu. Tədricən sular yerdə əmələ gələn çuxurlarda qərar tutmağa başlayır. Quruluq əmələ gəlir və genişlənir. İlk quru olan torpaq – Kəbə evinin altındakı torpağı olmuşdur.

2. Əvvəllər torpaq alçaq və hündür şəkildə hamarsız idi. Davamlı olaraq sel olur və yerin hündür yerlərini hamarlaşdırır. Yer tədrücən istifadə üçün yararlı olur.

3. İmam Baqirdən (ə) belə bir hədis nəql olunur ki, buyurur: “O zaman ki, Allah Yer kürəsini xəlq etmək istəyir, küləklərə əmr edir ki, suyun ortasına vursun və suyu dalğalandırsın.

Sular da tufan sayəsində köpüklənir. Bütün köpüklər bir yerə toplaşır ki, həmin yer Kəbənin indi olan yerini əmələ gətirir. Bu zaman onu bir dağ kimi köpüklər arasından çıxardır. O dağın altında olan torpağı genişləndirir”.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Yer kürəsində əmələ gələn ilk torpaq – Kəbə evinin altında yerləşən torpaq olmuşdur.

Torpağın qalan hissəsi Kəbənin ətrafından genişlənməyə başlamışdır.

Allah göydə də Kəbə evinin bənzəri olan Beytul-məmuru xəlq etmişdir ki, mələklər onun ətrafında təvaf edərlər.

Əmirəl-mömininə (ə) sual verirlər ki, niyə Kəbəyə Ummul-qura deyirlər? Həzrət (ə) buyurur: “Çünki yer onun altından genişlənmişdir”.

Bu səbəbdən də Məkkə - şəhərlər anası, yəni Ummul-qura adını almışdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930