Yer kürəsində həyatın yaranmasının 6 mərhələsi
Mьəllif: admin1
Tarix: 30-12-2018, 12:51
Yer kürəsində həyatın yaranmasının 6 mərhələsi
Ustad Məkarim-Şirazi bu Quran ayələrinə istinad edərək xilqətin altı mərhələsi haqqında məlumat vermişdir.

Bu ayələr ibarətdir: “Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır.

(Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, Ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir”. (“Əraf” 54).

“De: «Siz doğrudan Yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə, məsələn maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!».

O, yer üzərində sabit və möhkəm dağlar qoydu və ona xeyir-bərəkət verdi və onun (insan, heyvan, bitki və sairədən ibarət varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi baxımından) bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi.

(Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: «İstər-istəməz (vücuda) gəlin!». (Allah qəti iradə ilə həmin tüstünün göylər olmasını, yerin isə bərəkətli olmasını və həmin qidaları hazırlamasını istədi.) O ikisi (özlərinin halları və zatı məğlubiyyətlə) dedilər: «İstəyərək gəldik».

Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir”. (“Fussilət” 9-12).

Birinci mərhələ: Yer kürəsi qaz kütləsi halında idi.

İkinci mərhələ: Bu qaz kütləsindən böyük hissələr ayrılır və mərkəzinin ətrafında fırlanmağa başlayır.

Üçüncü mərhələ: Günəş formalaşır.

Dördüncü mərhələ: Yer soyuyur və həyat üçün hazır olur.

Beşinci mərhələ: Yer üzərində bitkilər və ağaclar əmələ gəlir.

Altıncı mərhələ: Yer üzərində heyvanlar və insan meydana gəlir.

Əlbəttə, bu ayələrdən başqa nəticə çıxardan alimlər də vardır ki, onlar da yerin altı mərhələsini öz nəzəriyyələrinə əsasən bəyan etmişdilər.

Ancaq bu nəzəriyyələr arasında Məkarim Şirazi ağanın təqdim etdiyi nəzəriyyə daha güclü görünür.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031