İnsanın mövcudiyyətində hədəf varmı? Varlıq aləminə 2 baxış
Mьəllif: admin1
Tarix: 1-11-2019, 19:51
İnsanın mövcudiyyətində hədəf varmı? Varlıq aləminə 2 baxış
Sizin nəzərinizcə dünya necə olmalıdır? İnsan necə bir varlıqdır?

Bu kimi suallara cavab verənlər iki baxışa malik olurlar: İlahi baxışa və maddi baxışa.

Maddi baxış.

Bu inancın tərəfdarları dünyanı müstəqil və şüurdan uzaq təsəvvür edirlər. Onların nəzərinə görə, dünyada heç bir xüsusi hədəf yoxdur. Bəlkə əvvəldən maddi cisimlərdən təşkil edilib, heç bir hədəfə malik deyildir.

Belələrinin iddiasına görə, bu varlıq aləmində insan dəyərsiz bir varlıqdır. Hədəfi olmadığına görə məhv olmağa tərəf addımlayar. Heç bir stimula malik deyildir.

Heç bir pənahgahı yoxdur. İnsanın belə bir yerdə yaşaması puç və mənasızdır. Elə bir kəs yoxdur ki, insan onun qarşısında məsuliyyət daşısın.

İlahi baxış.

İlahi baxışa görə, dünya hədəfsiz xəlq olmamışdır. Bu aləm dəqiq və nizamlı qanun əsasında xəlq edilmiş və insanların kamala çatması yolunda xidmət edir. Bu dünya Allaha məxsusdur və müstəqil deyildir.

Dinin nəzərinə görə, bu dünyada xəlq olan hər bir şeyin hədəfi vardır. Məxluqlar arasında insanın dəyəri daha alidir. O, ömrü boyu tək hədəfə doğru hərəkət edər.

Bu hədəf isə bəndə olmaqdır. Belə bir insan ümidsiz deyildir və möhkəm pənahı vardır.

İlahi baxışın nəzərində insan xüsusi məsuliyyətlərə malikdir və axirətdə əməllərinə görə hesab verəcəkdir.

Allah Təala bizləri əqidədə sabitqədəmlərdən qərar versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031