Ayətullahul-üzma Xamenei cənabları İmam Əlinin (ə) fədakarlığının fəlsəfəsi barədə
Mьəllif: admin1
Tarix: 1-11-2019, 19:55
Ayətullahul-üzma Xamenei cənabları İmam Əlinin (ə) fədakarlığının fəlsəfəsi barədə
Ali dini Rəhbər buyurur: “Əmirəl-möminin (ə) 13 il Peyğəmbərin (s) ən ağır zamanlarında yanında olmuşdur. Bu on üç il əziyyət o zaman sona çatdı ki, Həzrət (s) hicrət etmək qərarına gəldi.

Hamı yaxşı bilirdi ki, hicrət etmək çox önəmli bir hadisədir. Qələbənin başlanğıcı idi. 13 il əziyyətdən sonra rahatlığa doğru hərəkət edirdi.

Belə bir zamanda hamı istəyər ki, özünü tez bir zamanda Mədinəyə çatdırsın ki, ona yaxşı səlahiyyət versinlər.

Ancaq belə bir şəraitdə Əmirəl-möminin (ə) Həzrətin (s) yatağında yatmağa razı olur. Ancaq bu yolla Həzrət (s), evindən sağlam şəkildə çıxa biləcəkdi.

Həmin gecə İmam Əlinin (ə) öldürüləcəyi mövzusu qəti idi. Belə deyildi ki, mənim və sənin bildiyi kimi olsun, yəni biz tarixdən bilirik ki, Həzrət (ə) orada sağ qalacaqdır. Məsələ belə idi ki, zülmətli bir gecədə bir şəxsin qətl edilməsi qəti idi.

Kim belə bir fədakarlığa razı olardı? Əlbəttə ki, Əmirəl-möminin. Bu hadisənin baş verdiyi zaman da onun əhəmiyyətini daha da artırır. O zaman idi ki, artıq əziyyətlər sona çatacaq və izzət sahibi olacaqlar. Mədinə xalqı iman gətirəcək və Peyğəmbəri (s) gözləməkdədirlər.

Biz hamımız bunları bilirik. Ancaq Əmirəl-möminin (ə) bilmir və fədakarlıq edirdi. O, heç bir şəxsi mənfəət güdmədən Peyğəmbərin (s) yatağında yatmağa razı olur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930