Axəril-zamanda yaşayan möminin halı
Mьəllif: admin1
Tarix: 5-07-2022, 17:43
Axəril-zamanda yaşayan möminin halı
Günahların artması, cəmiyyətdə haram əlaqələrin yayılması, yaxşı əməl adı altında haram əməllərin yerinə yetirilməsi – bütün bunlar mömini sındıra və ehtiramını aradan apara bilər.

Axəril-zamanda yaşayan mömin başqaları tərəfindən məsxərə olunar və tənə ilə qarşılaşar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hətta insanlar belə mömini ən alçaq və ən zəlil ümmət bilər”.

O, hər gün yanar. Çünki cəmiyyətdə baş verən günahları görər, ancaq ona əmr-be-məruf və nəhy-əz-munkər etmək üçün imkan verməzlər. O, ancaq baxar və içində yanar.

Həzrət Rəsuli-Əkrəm (s) bu haqda buyurur: “Belə bir şəraitdə möminin qəlbi duz kimi suda həll olar. Çünki münkərləri görər və onu dəyişdirməyə qüdrəti çatmaz”.

Bəli, budur axəril-zamanda yaşayan möminin halı. Yəqin ki, bir çoxlarına tanış gələn bir haldır. Peyğəmbərimizin (s) qabaqcadan xəbər verdiyi bu əzab və bəla yaxınlaşmaqdadır. İman sahibi olan hər bir insan bu bəlanı hiss etməyə başlayıbdır və həmin bəla daha da şiddətlənməkdədir.

Amma ümidi itirmək olmaz. Möminlərin arxasında nəhəng, misilsiz qüvvə - Uca Allahın yardımı durur. Belə bir dəstəyi olan insan, nədən çəkinə bilər ki?




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930