İslam dini - sevinc və şadlıq dinidir. Mömini şad edən – Əhli-Beyti (ə) şad etmişdir
Mьəllif: admin1
Tarix: 16-03-2021, 22:54
İslam dini - sevinc və şadlıq dinidir. Mömini şad edən – Əhli-Beyti (ə) şad etmişdir

Şad olmaq bir haldır ki, insan arzu etdiyi bir şeyə çatan zaman büruzə olunar. İslam dini şad olmağı və başqalarını da sevindirməyi tövsiyə edir.

O kəslər ki, başqlaranı narahat edərlər, Quran onları ən pis insanlar adlandırmışdır. İslam dini buyurur ki, möminin ürəyində olan kədəri aradan aparmaq - həsənədir.

İmam Sadiq buyurur: “Möminin möminə təbəssüm etməsi və möminin üzündən kədəri aparması həsənədir. Allaha ən yaxşı itaət və onların Allah yanında ən sevimlisi - möminləri sevindirməkdir”.

İmam Əli (ə) buyurur: “Heç kəs bir ürəyi sevindirməz, məgər o halda ki, Allah həmin sevincdən lütf yaradar və nə zaman ona müsibət üz versə, bu lütf su kimi həmin müsibətin üzərinə axar və onu ondan uzaqlaşdırar. Necə ki, başqasının dəvəsi (sürüdən) qovular”.

İmam Sadiq (ə) buyurur: “Sizlərdən heç kəs belə düşünməsin ki, əgər mömin sevindirərsə, ancaq onu şad etmiş olar. Allaha and olsun ki, bizi də şad edər. Allaha and olsun ki, Allahın Rəsulunu (s) da şad edər”.

Möminin şadlığı İlahi fəzl və lütflədir. “De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 58).

Şəhidlərin şad olması - İlahi fəzllədir. “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”.(“Ali-imran” 169).

Quranın məzəmmət etdiyi sevinc: “(Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz»”. (“Qəsəs” 76).

“Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar”. (“Ali-İmran” 120).

“(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər”. (“Tövbə” 81).

İslam dini - sevinc və şadlıq dinidir. Ən çox başqalarını sevindirməyi tövsiyə edir. Lakin Allahın itaətsizliyinə səbəb olan sevinci qadağan edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930