Duaların qəbul olunmasına mane olan 4 əməl
Mьəllif: admin1
Tarix: 14-10-2023, 10:19
Duaların qəbul olunmasına mane olan 4 əməl

Hədislərimiz bizə öyrədir ki, bəzi rəzil əməllər vardır ki, əgər ona düçar olsaq, dualarımızın qəbul olunmasına mane olacaqdır.

Bu əməlləri tanıyaq:

1. Haram tikə. Hər kim duasının qəbul olmasını istəyirsə, gərək qazancı halal yolla olsun və başqalarının haqqını halal malla əda etsin. Xüms və zəkat verməmək haram mal yeməyin təsirindəndir. Xüms yoxsul seyyidlərə və İmama (ə.f) aid olan maldır ki, onların tərəfindən istifadə olunmalıdır.

O kəs ki, xüms vermir, həqiqətdə başqasının malını və haqqını əda etməmiş olur. Məsumlarımız (ə) halal qazanc əldə etməyi həmişə tövsiyə ediblər. Çünki haram mal insanın mənəvi inkişaf etməsinə mane olur və insana axirət əzabını hazırlayır.

Həzrət Peyğəmbər (s) buyurur: “Haram yeyərək ibadət etmək qumun üzərində olan tikiliyə bənzəyir ki, tez xarab olar”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, haram tikə yeyər, 40 gecə namazı qəbul olmaz. Hər kim duasının qəbul olmasını istəyirsə, gərək yediklərini və qazancını pakizə etsin”.

2. Bəndələrə zülm etmək. İmam Sadiq (ə) buyurur: “Sizlərdən hər kim duasının qəbul olmasını istəyər, gərək qazancını, işini və ruzisini pakizə etsin və özünü öhdəsində olan məzlumların yükündən xilas etsin. O bəndənin duası ki, mədəsində haram olar, Allaha tərəf yuxarı qalxmaz”.

3. Günah. Günah – duaların qəbul olmasına mane olan ən böyük amildir. İmam Baqir (ə) buyurur: “Bəzən Allah bəndələrindən biri Allahdan hacət istəyər ki, qısa bir zamanda, ya uzun zamanda yerinə yetsin.

Ancaq günah edər və Allah hacətini yerinə yetirən məmur mələyə buyurar: “Hələlik əlini saxla və bir müddət onu hacətindən məhrum et. Çünki o, Mənim qəzəbimi hazır etmiş və nəticədə Mənim tərəfimdən məhrum olmağa layiq olmuşdur””.

4. Əmr-be-mərufu tərk etmək. Əmr-be-məruf – dini vacibatlardan biridir ki, əgər tərk olunarsa, duaların yerinə yetməsinə mane olar.

Əmirəl-möminin (ə) vəsiyyətində buyurur: “Əmr-be-məruf və nəhy-əz-munkəri tərk etməyin. Əks halda şər insanlar sizə hakim olar. O zaman dua etsəniz, duanız yerinə yetməyəcəkdir”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930