Qəlbin bu 8 xəyanəti duaların qəbuluna mane olur
Mьəllif: admin1
Tarix: 12-09-2020, 20:54
Qəlbin bu 8 xəyanəti duaların qəbuluna mane olur
İmam Əli (ə) bizlərə qəlbin 8 xəyanətini tanıtdırır ki, duaların yerinə yetməsinə mane olur. Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və “Ğafir” surəsinin 60-cı ayəsi ilə bağlı sual verir.

“Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim””.

Soruşur ki, nə olub ki, biz Allahı çağırırıq, ancaq O, bizə cavab vermir. Həzrət Əli (ə) buyurur: “Həqiqətən sizin qəlbiniz 8 sifətlə xəyanət etmişdir.

Birincisi budur ki, siz Allahı tanımısınız, ancaq haqqını vacib buyurduğu kimi əda etməmisiniz. Ona görə də bu tanımanın sizə faydası olmamışdır.

İkincisi budur ki, siz Allahın Rəsuluna (s) iman gətirmisiniz, ancaq onun sünnətinə və yoluna əməl etməmisiniz. Onun şəriətini aradan aparmısınız. Ona görə də imanınızın faydası yoxdur.

Üçüncüsü budur ki, siz Quranı oxumusunuz, ancaq ona əməl etməməsiniz. Deyirsiniz ki, itaət edirik, ancaq müxalifət etmisiniz.

Dördüncüsü budur ki, deyirsiniz cəhənnəm atəşindən qorxursunuz. Ancaq hər an günah işlədərək ona yaxın olursunuz. Bəs qorxunuz haradadır?

Beşinicisi budur ki, deyirisiniz behiştə müştaqsınız. Halbuki, hər an elə iş görürsünüz ki, sizi ondan uzaqlaşdırır. Bəs sizin həvəsiniz haradadır?

Altıncısı budur ki, İlahi nemətlərdən bəhrələnirsiniz. Ancaq şükrünü yerinə yetirmisiniz.

Yeddincisi budur ki, Allah sizə əmr vermişdir ki, şeytanla düşmən olasınız. Ancaq onunla müxalifətlik etmədən onunla dost olmusunuz.

Səkkizinci budur ki, ancaq insanların eybini görürsünüz, öz eyblərinizdən qafilsiniz. Halbuki, siz özünüzü danlamağa daha layiqsiniz, ancaq başqalarını məzəmmət edirsiniz.

Bu halla hansı dua yerinə yetər ki? Siz duanın yollarını üzünüzə bağlamısınız. Allahdan çəkinin və işinizi düzgün edin.

Batininizi xalis edin, əmr-be-məruf və nəhy-əz-münkər edin ki, Allah dualarınızı qəbul etsin”.

Bəli, bu hədisə görə duaların qəbul olmasına mane olan ilk amil - Allahın haqqını əda etməməkdir. Bəs Allahın haqqı nədir?

İmam Əli (ə) buyurur: “Allahım, yardım et ki, Sənin haqqını yerinə yetirim. Hətta mələklər belə Allahın haqqını verə bilmirlər”.

Mələklər ki, daima ibadətdədirlər, onlar belə Allahın haqqını əda edə bilmirlər.

Allahın haqqı odur ki, Allaha şərik qoşmayaq, yəni yeganə olan tək Allaha ibadət edək. Allahın ilk haqqı odur ki, ondan savayı heç kəsə pəsərtiş etməyək. Ona şərik qoşmayaq.

Allahın ikinci haqqı budur ki, təqvalı olaq. Allahın haramlarını tanıyaq və Allahın bəyənmədiyi işləri görməyək.

Şirk dedikdə məqsəd o deyildir ki, insan bütpərəst olsun. Əgər biri deyirsə Allahın qanunu budur, siz isə deyirsiniz ki, mən və yaxud kim isə başqa cür hesab edir – deməli Allaha şirk etmiş olursunuz.

Allahın üçüncü haqqı odur ki, bildiyini deyəsən və bilmədiyini deməyəsən. Səndən bilmədiyin şeyi soruşan zaman de ki, bilmirəm.

Allahın digər haqqı odur ki, əgər kimisə təhlükədə görsən bunu ona deyəsən. Hər kimin insanlar üçün ürəyi yanmazsa, Allahın haqqını ödəyə bilməz.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930