İmam Əlinin (ə) islah metodikasına və misilsiz səxavətinə dair 2 nümunə
Mьəllif: admin1
Tarix: 24-01-2024, 10:29
İmam Əlinin (ə) islah metodikasına və misilsiz səxavətinə dair 2 nümunə

Əmirəl-möminin (ə) bir xurma satanın yanından keçirdi və gördü ki, bir kəniz ağlayır. Buyurdu: “Ağlamağının səbəbi nədir?”.

Dedi: “Mənim ağam bir dirhəm verib xurma almağım üçün məni göndərdi. Bu şəxsdən xurma aldım və ağamın yanına apardım. Ancaq o, bəyənmədi, indiki ona xurmanı qaytarmaq istəyirəm, boyun qaçırdır”.

Həzrət (ə) xurma satana buyurdu: “Ey Allah bəndəsi! Bu, bir xidmətçidir və ixtiyarı özündə deyil. Dirhəmini qaytar, xurmanı geri al”.

Xurma satan yerindən qalxdı və Həzrətə (ə) bir yumruq vurdu. İnsanlar dedilər ki, nə edirsən, bu, Əmirəl-möminindir! Həmin kişi qorxunun şiddətindən təngnəfəs oldu və rəngi saraldı. Xurmanı kənizdən aldı və dirhəmi verdi.

Sonra dedi: “Ey Əmirəl-möminin! Məndən razı ol!”. Həzrət (ə) buyurdu: “Sənin özünü islah etməyini görmək kimi məni razı edən şey yoxdur”.

İmam (ə) demək istəyirdi ki, mən səndən o zaman razı olaram ki, insanların haqqını kamil şəkildə verəsən.

Bir gün Əmirəl-möminin (ə) bəzi işlərinə görə Məkkəyə gəlir və orada bir ərəb görür ki, Kəbənin parçasından asılmışdır və deyir: “Ey ev Sahibi! Ev - Sənin evindir, qonaq - Sənin qonağındır. Hər bir qonaq üçün qonağı qarşılamaq vasitələri hazır olar. Bu gün Özün tərəfindən məni qonaq qarşılmağını – bağışlanmağın və əfvin qərar ver”.

Əmirəl-möminin (ə) tərəfdaşlarına buyurur: “Bu ərəbin sözlərini eşitdinizmi?”. Dedilər: “Bəli”. Buyurdu: “Allah bundan da böyükdür ki, qonağını dərgahından əliboş qaytarsın”.

İkinci gecə yenə də həmin şəxsi parçadan asılı vəziyyətdə gördü. O, deyirdi: “Ey Əziz! İzzətində Səndən də əzizi yoxdur. Məni izzətinlə elə izzətli et ki, heç kəs bilməsin ki, bu izzət necədir! Sənə üz çevirirəm və Sənə təvəssül edirəm. Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına and verirəm ki, mənə elə bir şey əta et ki, Səndən qeyrisi mənə o şeyi əta etməsin. O şeyi məndən geri al ki, Səndən başqası onu almasın!”.

Hədisi nəql edən deyir ki, İmam (ə) tərəfdaşlarına buyurdu: “Allaha and olsun ki, bu cümlələr Suriyalı dilində Allahın böyük adıdır. Həbibim Allahın Rəsulu (s) məni onunla bağlı xəbərdar etmişdi. Bu gecə ərəb Allahdan behişti istədi, ona əta olundu. Cəhənnəm atəşinin geri qaytarılmasını istədi, Allah atəşi ondan geri qaytardı”.

O zaman ki, üçüncü gecə olur, onu yenə də Kəbənin parçasından asılmış vəziyyətdə görür ki, deyir: “Ey o Allah ki, məkan onu əhatə etməz və heç bir məkan ondan boş deyildir. Bu ərəbə dörd min dirhəm ruzi ver”.

İmam (ə) qabağa gəldi və buyurdu: “Ey ərəb! Allahdan səni qonaq kimi qarşılamağını istədin - səni qarşıladı. Behişt istədin - sənə inayət etdi. Atəşdən qaytarmağını istədin - səndən qaytardı. Bu gecə isə Ondan 4 min dirhəm istəyirsən?”.

Ərəb dedi: “Kimsən?”.

Buyurdu: “Mən Əli ibni Əbutalibəm (ə)”.

Ərəb dedi: “Allaha and olsun ki, sən mən istədiyim adamsan və ehtiyacımın aradan getməsi sənin əlindədir”.

Həzrət (ə) buyurdu: “Ey ərəb, istə!”.

Ərəb dedi: “Min dirhəm mehryyə üçün istəyirəm, min dirhəm borcumu vermək üçün, min dirhəm ev almaq üçün və min dirhəm də həyatımı idarə etmək üçün”.

Həzrət (ə) buyurdu: “Ey ərəb! İstəyində insafa riayət etmisənmi? Nə zaman Məkkədən çıxsan, Rəsulun (s) Mədinəsinə gəl və orada mənim evimi soruş”.

Həmin ərəb Məkkədə bir həftə qalır və sonra Əmirəl-möminini (ə) tapmaq üçün Mədinəyə gəlir.

Fəryad çəkir: “Kim mənə Əmirəl-möminin (ə) evinə yol göstərər?”.

Həzrət Hüseyn ibn Əli (ə) buyurdu: “Mən səni Əmirəl-möminin (ə) evinə apararam. Mən onun oğlu Hüseyn ibn Əliyəm (ə)”.

Ərəb dedi: “Atan kimdir?”.

Dedi: “Əmirəl-möminin Əli ibni Əbutalib (ə)”.

Soruşdu: “Anan kimdir?”.

Buyurdu: “Fatimeyi-Zəhra (s.ə) – dünya qadınlarının sərvəridir”.

Dedi: “Cəddin kimdir?”.

Buyurdu: “Allahın Peyğəmbəri (s)”.

Dedi: “Nənən kimdir? Buyurdu: “Xuveylədin qızı Xədicə (s.ə)”.

Soruşdu: “Qardaşın kimdir?”.

Buyurdu: “Əbu Muhəmməd Həsən ibni Əli (ə)”.

Ərəb dedi: “Dünyanı başdan-ayağa ələ almısan.

Lütfən get və Əmirəl-mömininə (ə) de: “Məkkədə ehtiyacını aradan qaldıracağını zəmanət etdiyin ərəb evin kənarında dayanmışdır”.

İmam Hüseyn (ə) evə girir və ərəbin dediklərini əziz atasına söyləyir.

İmam (ə) Xanım Zəhraya (s.ə) buyurur: “Sizin yanınızda yemək vardırmı ki, bu ərəb yesin?”.

Həzrət Fatimə (s.ə) dedi: “Yox”. Əli (ə) paltarını geyinib evdən çıxdı və buyurdu: “Salman Farsini çağırın”.

Salman gələn kimi, İmam (ə) ona buyurdu: “Ey Əba Abdullah! Peyğəmbərin (s) mənim üçün əkdiyi bağı tacirlərə təklif et”.

Salman bazara getdi və bağı 12 min dirhəmə satdı. İmam (ə) pulu hazır edib, həmin ərəbi çağırdı.

Ehtiyacını ödəməsi üçün ona 4 min dirhəm verdi və dörd min dirhəmi də xərcləri üçün verdi. İmam Əlinin (ə) əta xəbəri Mədinə yoxsullarının qulağına çatdı. Onlar İmamın (ə) ətrafında toplaşdılar.

Ənsardan olan bir kişi Həzrət Zəhranın (s.ə) evinə gedib, bu olanları ona danışdı.

Həzrət (ə) buyurdu: “Allah yol getməyin üçün əcrini versin”.

İmam (ə) əyləşmişdi və dirhəmləri də qarşısına tökmüşdü. Ovuc-ovuc götürüb insanlara verirdi. O yerə qədər ki, dirhəmlər qurtardı.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031