Peyğəmbərin (s) dövründə hicab necə idi?
Mьəllif: admin1
Tarix: 1-05-2018, 22:33
Peyğəmbərin (s) dövründə hicab necə idi?
Həzrət Peyğəmbərin (s) dövründə qadınların hicab mövzusu diqqəti çəkən mövzulardan olmuşdur. İnsanlar arasında müəyyən qədər fəsad yayılsa da, coğfagi şəraitdən asılı olaraq həm kişilərin və həm də qadınların özünəməxsus baş örtükləri var idi.

İslam dininin zühuruna qədər bu vəziyyət belə davam edirdi. Yəni, kişi və qadın evindən çıxan zaman adət üzrə başlarını örtərdilər.

Ancaq elə ki, əziz Peyğəmbər (s) Mədinəyə hicrət etdi, hicabla bağlı ayə nazil oldu. Bundan əvvəl qadınlar da kişilər kimi baş örtüklərini boyunlarından arxaya atardılar və boyunları açıq olardı.

Ancaq bu ayədən sonra qadınlar başlarına taxdıqları hicabla bütün əzalarını, o cümlədən həm də boyunlarını örtməyə vəzifələndirildilər.

O dövrdə bu ayə ancaq iman gətirmiş müsəlman qadınlara aid edilirdi. Kitab əhli və kənizlər bu əmrdən istisna idilər. Ancaq dediyimiz kimi, Hicazın coğrafi vəziyyətinə görə həm kişilər və həm də qadınlar baş örtüyü taxırdılar.

İmam Əlinin (ə) xəlifə olduğu zamanlarda da bir çox qadınların hicabı tam kamil deyildi. Ona görə də Həzrət onların ərlərinə hicabla bağlı təzəkkürlər edir, onları məzəmmət edərdi.

O dövrdə müsəlman qadınlar üçün ən gözəl örnək Həzrət Fatimə (s.ə) və Peyğəmbərin (s) həyat yoldaşları olmuşdur. İmanlı qadınlar məhz onları örnək qərar verir və zinətlərini naməhrəmlərdən qoruyardılar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930