Çörəkçinin çiy bişən çörəyi və ədalət
Mьəllif: admin1
Tarix: 6-10-2019, 09:51
Çörəkçinin çiy bişən çörəyi və ədalət
Əllamə Təbatəbai ədalət barəsində deyir ki, ədalət hüsnlə bərabərdir. Hüsn dedikdə isə, o şey nəzərdə tutulur ki, biz ona tərəf meyil edirik və onu istəyirik.

Hər şeyin öz yerində qərar tutması elə bir mövzudur ki, bütün insanlar ona meyil edərlər.

Əgər onun əksini etsələr, peşman olar və üzr istəyərlər.

İmam Əli (ə) buyurur: “Ədalət – nadir tapılandır və kəramətdir”.

Hər bir insan kəramət sözünü də, onun əksi olan təhqir sözünü də yaxşı dərk edir. Onun qarşısında reaksiya göstərər.

Misal üçün, bir çörəkçi təndirdə çörək bişirən zaman odu elə düzəltməlidir ki, xəmir nə yansın və nə də çiy qalsın. Əgər çörəyi yandırıbdırsa, çörəkçi iki cür əməl edə bilər:

1. Ədalətə riayət edərək, çörəyi növbə ilə verər.

2. Ayrı-seçkilik edər və çörəklərin yaxşı bişənini yaxınlarına və dostlarına verər, yaxşı bişməyənləri isə başqasına.

Bu zaman hər kim belə səhnəni müşahidə edər, onu ədalətsiz hesab edər.

O kəs ki, yaxşı bişməmiş çörəyi alar, özünə qarşı həqarət və təhqir hiss edər.

Halbuki, əgər ədalətə riayət olunsaydı, çörəkçi kəramət sahibi olardı.

İmam Əli (ə) buyurur: “Ədalət – ülfətə səbəb olar və insanların bəyəndiyidir. Havayi-nəfs isə yolunu azmaqdır”.

Ona görə də Əllamənin buyurduğu kimi, hər bir insan ədalətin nə olduğunu yaxşı bilir və bəşər daima o cür əməllərə tərəf meyil edər.

İmam Əli (ə) buyurur: “Ədalət – haqqı rədd etməkdən üstündür və haqqun-nasın giriftarlıqlarını həll edəndir”.

Beləliklə deyə bilərik ki, insan fitri olaraq ədaləti tanıyır və bilir ki, ona əməl etsə, daha yaxşı olar – həm özü üçün və həm də başqaları üçün.

Əgər onun əksini edərsə, o zaman insanları təhqir etmiş olar və onlar özlərini zəlil və təhqir olunmuş hiss edərlər.

Ədalət olan yerdə ülfət və məhəbbət olar. Təhqir olan yerdə isə kobudluq və insanların nifrəti.

Ona görə də hər birimiz harada oluruqsa-olaq və nə ilə məşğul oluruqsa-olaq – mütləq ədalətə riayət etməliyik. Bunu bizdən həm dinimiz istəyir, həm də fitrətimiz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930