Ədəbin ədalət və ehsan qaydası – Ayətullah Cavadi Amulinin əxlaqi tövsiyələrindən
Mьəllif: admin1
Tarix: 30-03-2019, 20:14
Ədəbin ədalət və ehsan qaydası – Ayətullah Cavadi Amulinin əxlaqi tövsiyələrindən
Ayətullah Cavadi Amuli əxlaq dərslərindən birində buyurmuşdur: “İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “Nə zaman sənə salam versələr, ondan daha yaxşısı ilə cavabını ver. Nə zaman əlləri ilə sənə ehsan etsələr, ondan daha yaxşı ehsanla əvəzini ver”.

Cəmiyyəti ədəb idarə edər. Bizə deyilir ki, salamın cavabını gözəl şəkildə ver, ona görədir ki, qarşı tərəfə nisbətdə ədəbə riayət edəsən. O şey ki, cəmiyyəti qoruyur – həmin qarşılıqlı ədəbdir. Əgər kimsə sizə salam versə, onun cavabını vermək vacibdir.

Əgər kimsə bizə ədəb göstərsə – istər dil ədəbi olsun, istərsə də yazılı ədəb və ya mali ədəb – biz gərək cavabını gözəl şəkildə verək. Yəni, bu ədəb kasasını boş buraxmayaq. Bu, ədalətdir, ehsan deyildir.

Əgər bizim çətinliyimiz olsa və kimsə bizim çətinliyimizi həll edərsə və sonra onun çətinliyi yaranan zaman biz ona yardım edəriksə – bu, olar ədalət. Çünki biz borclu idik və bu əməl ilə borcumuzu qaytarmış olarıq. Əgər ikinci dəfə ona yardım etsək – bu, olar ehsan.

İmam Əli (ə) buyurur ki, əgər kimsə sizə ədəbli məktub yazsa və siz də onun cavabını versəniz – bu, olar ədalət. Ancaq əgər siz ona ikinci dəfə ədəbli məktub yazsanız – bu, olar ehsan. Bu səbəbdən deyə bilərik ki, cəmiyyəti ədəb qoruyar və idarə edər.

İmam Sadiq (ə) buyurur ki, bir-birinizi görməyə gedin. Çünki bir-birinizi görmək – qəlblərinizi dirçəldər. Bizim hədisləri yada salın. Bizim hədislərimiz sizi bir-birinizə qarşı mehriban edər.

Hamımız yaxşı bilirik ki, daş daşın üstündə dayanmaz. Əgər kimsə bir ev tikmək istəyirsə, bir daşın üzərinə başqa daşı qoyursa – bu daş dayanmaz, məgər o halda ki, onların arasına yumşaq birləşdirici maddə sürtülsün. Məsumlarımızın (ə) sözləri də bizim üçün həmin yumşaq və birləşdirici maddə kimidir.

Ona görə də biz gərək onların buyurduqları kimi ədalətli olaq və ehsan edək. Quran buyurur ki, ehsan – ədalətdir. Ancaq ehsanın əcri ədalət deyildir. Bəlkə ehsanın əcri – ehsandır. Yəni, sənə yardım edənə sən də ilk dəfə yardım etsən – ədalət olar. İkinci dəfə isə ehsan.

Beləliklə deyə bilərik ki, ədəbin qaydalarından biri ədalətdir və biri isə ehsan. Ancaq onların arasında olan fərqi yəqin ki, başa düşdünüz. Həm ədalət əhlindən olun, həm də ehsan əhlindən.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930