Ədalət - varlıq aləmində Allahın yeganə olmasına bir dəlildir
Mьəllif: admin1
Tarix: 24-02-2019, 10:40
Ədalət - varlıq aləmində Allahın yeganə olmasına bir dəlildir

“Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir”. (“Ali-İmran” 18).

Bu ayədə Allah Ondan başqa məbud olmamasına şəhadət verir və mələklər, elm sahibləri də onu təsdiq edirlər. Bu, o zaman baş verir ki, Allah varlıq aləmində ədaləti əmr etmişdir və bu ədalət də Onun Müqəddəs zatının bariz nümunəsidir.

Allahın şəhadəti dedikdə nə nəzərdə tutulur?

Allahın şəhadəti dedikdə əməli şəhadət nəzərdə tutulur, yəni Allah dünyanın yaradaraq, orada vahid İlahi qanunu təyin edərək, əməldə nişan verdi ki, Xaliq və Məbuddur. Bu varlıq aləmində O, təkdir. Hamı Ondan mənbə alır. Ona görə də varlıq aləminin özü - Allahın şəhadətidir.

Ancaq mələklərin və elm sahiblərinin şəhadətinə gəldikdə isə söz şəhadəti nəzərdə tutulur. Hər biri öz layiqli dili ilə bu həqiqəti etiraf ediblər. “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə(onun əmrinə) təslim olun”. (“Əhzab” 56).

Allah tərəfindən edilən salam bir başqadır, mələklər tərəfindən edilən salam - başqadır. Allah tərəfindən olanda - rəhmətdir, mələklər tərəfindən olanda - rəhmət üçün xahişdir.

Əslində varlıq aləmində ədalətin olması Allahın Varlığına edilən şəhadətdir. Çünki ədalətin həqiqəti budur ki, mötədil olasan və hər cür ifrat və təfritdən çəkinəsən. Bilirik ki, orta və müstəqim yol birdir.

Belə ki, bu ayədə oxuduğumuz kimi: «Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır». (“Ənam” 153).

Bu ayədən də göründüyü kimi Allahın yolu birdir və bu yol – Siratül-müstəqim yoludur. Ədalət həmişə vahid nizamla bir yerdə olar. Vahid nizam isə Vahid Məbudun nişanəsidir. Ona görə də deyə bilərik ki, ədalət - varlıq aləmində Allahın yeganə olmasına bir dəlildir.

Yuxarıdakı ayədə alimlər mələklərlə eyni cərgədə qərar tuturlar. Bu da alimlərin başqalarından olan üstünlüyünü bir daha sübut edir. Çünki onlar elmləri vasitəsilə həqiqətə çatmışdılar və Allahın yeganə olmasına agahdırlar.

Cabir ibni Abdullah Ənsari Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Öz yatağına söykənən və öz elmi bilikləri haqqında düşünən alimin bir saatı abidin yetmiş il ibadətindən daha yaxşıdır”.

Yuxarıdakı ayə əziz Peyğəmbərin (s) diqqətində olan ayələrdən biridir. Onu müxtəlif şəraitlərdə tilavət edərdi. Zubeyr ibni Əvam nəql edir: “Ərəfə gecəsi Peyğəmbərin (s) xidmətinə gəlmişdim və eşitdim ki, bu ayəni dəfərlərlə oxuyur”.

Ayədən çıxartdığımız nəticələr:

1. Əməli şəhadət - şəhadətin ən yaxşı növüdür.
2. Allaha iman yolu elmlədir və həqiqi elm insanı varlıq aləminin Məbdəsi ilə tanış edər.
3. Alimlər mələklərin yanında qərar tutar.
4. İlahi ədalət tövhidin yanında bəyan olunar. Allah yegənədir və ədaləti bərpa edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031