Yaxşılığın ən yuxarı mərtəbəsi və fədakarlıq
Mьəllif: admin1
Tarix: 2-10-2019, 12:16
Yaxşılığın ən yuxarı mərtəbəsi və fədakarlıq
Qurani-Kərim buyurur: “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) Məsum qohumlarının) haqlarını əda etməyi əmr edir”. (“Nəhl” 90).

“Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat)vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar Cənnət əhlidirlər, orada əbədi qalacaqlar”. (“Yunus” 26).

“Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195).

Bu ayələrdən görünür ki, hər kim ədalətə riayət edər, eyni zamanda yaxşılıq etmiş olur. Yaxşı əməl ədalət ilə sanki bir-birindən ayrılmayan qardaşdırlar. O yerdə ki, ədalət olar, yaxşılıq olar. O yerdə ki, yaxşılıq olar, ədalətə riayət olunar.

Həzrət Peyğəmbər (s) buyurur: “Allaha imandan sonra ağılın başı – insanlara sevgini bəyan etmək və hər bir insana yaxşılıq etməkdir, istər yaxşı (insan) olsun, istərsə də pis”.

İmam Əli (ə) buyurur: “İmanın başı – insanlara yaxşılıq etməkdir”.

Əban, İmam Sadiqdən (ə) soruşur: “Lütfən məni möminin mömin üzərindəki haqlarından xəbərdar edin”.

Həzrət (ə) buyurur: “Ey Əban! Malının yarısında ona şərik etmək...”.

Sonra mənə baxdı və buyurdu: “Ey Əban! Bilirsənmi ki, Böyük Allah başqalarını özündən üstün hesab edənləri yada salmışdır? O zamana qədər ki, onu öz malında şərik etmisən, hələ fədakarlıq etməmisən, bəlkə onunla bərabər olmusan. Nə zaman ona fədakarlıq etsən, öz malının qalan hissəsindən ona nəyisə verərsən”.

Nəql edirlər ki, İmam Rza (ə) Xorasanda yaşayan zaman Ərəfə günündə bütün mal-dövlətini yoxsullara verərdi. Fəzl ibni Səhl narahat olur və etiraz edərək deyir: “Həqiqətən bu iş böyük məğlubiyyətdir”.

İmam (ə) ona buyurur: “Nəinki məğlub olmaq deyildir, əslində qənimətdir. O işi ki, əcr üçün yerinə yetirirsən, ziyan hesab etmə”.

Beləliklə deyə bilərik ki, ədalət olan yerdə yaxşılıq olar. Yaxşılıq çox sayda əməllərə şamil edilir. Yuxarıdakı hədisdən də göründüyü kimi, bəzi yaxşılıqlar hər kəsin gücü çatan iş deyildir.

İmam Sadiqin (ə) buyurduğu kimi, yaxşılığın bir növü də odur ki, insan nəyi varsa, yarısını din qardaşına versin. Bu zaman həmin əməl yaxşılıq hesab olunar, fədakarlıq deyil.

İnsan o zaman fədakarlıq etmiş sayılar ki, qalmış malından da həmin şəxsə nəyisə infaq edər. Bu zaman yaxşılıq və fədakarlıq öz həqiqi mənasını alar.

Həqiqi mömin o kəsdir ki, həm yaxşılıq edə bilsin, həm də fədakarlıq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031