İdmançı müsəlman hansı keyfiyyətlərə sahib olmalıdır?
Müəllif: Admin
Tarix: 14-08-2019, 18:47
İdmançı müsəlman hansı keyfiyyətlərə sahib olmalıdır?
Dinimizin nəzərinə görə, mömin idmançı hansı sifətlərə malik olmalıdır?

Burada biz möminə xas o sifətlərə toxunacağıq ki, idmançı olmağın spesifikliyini özündə ehtiva etsin.

1. Məzlumu himayə etməlidir. İmam Əli (ə) övladlarına buyurur: “Davamlı olaraq zalımların düşməni və məzlumların yavəri olun”.

2. İmanlı olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Güclü mömin (imanlı) zəif mömindən daha sevimli və üstündür”.

3. Müsəlman idmançı gərək əmin insan olsun. O zaman ki, Şuəybin (ə) qızı Səfurə, Həzrət Musanı (ə) atasına tanıtmaq istəyir, onun iki sifətinə işarə edir: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) – muzdla tutduqlarının ən yaxşısıdır». (“Qəsəs” 26).

4. Elm və biliyə malik olmalıdır. Allah Təala Quranda Talut haqqında yazır: “Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi». Dedilər: «Hökmdarlığa biz ondan daha layiq olduğumuz halda və ona çoxlu var-dövlət verilmədiyi halda, o bizə necə hökmranlıq edə bilər?!».

(Peyğəmbərləri) dedi: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib”. (“Bəqərə” 247).

5. Xeyir işdə tələsməlidir. İdmançı üçün nəinki müsabiqələrdə qalib gəlmək mühüm olmalıdır, xeyir işlərdə başqalarını qabaqlamaq onun üçün daha əhəmiyyətli olmalıdır. Bu səbəbdən Sübhan Allah buyurur: “(Bəli,) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından)qabağa düşən də onlardır”. (“Muminun” 61).

6. İlahi əmrləri yerinə yetirməlidir. Hər bir müsəlmanın hədəfi İlahi qürb məqamına çatmaqdır. Ona görə də idmançı müsəlman gərək cismani gücünü Allah yolunda xidmətə sərf etsin. İmam Əli (ə) buyurur: “Güclü olan zaman Allaha itaətdə güclü ol. Zəif olan zaman Allaha itaətsizlikdə zəif ol”.

7. Güzəşt etməyi bacarmalıdır. Əmirəl-möminin (ə) buyurur: “Nə zaman düşməni ələ keçirtdin, onu bağışlamağı güclülük (nemətinin) şükrü kimi qərar ver”.

8. Təkəbbürdən uzaq olmalıdır. Təkəbbür insanı kamaldan saxlayan ən mühüm sifətlərdəndir. Allah buyurur: “Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar)”. (“Bəqərə” 165).

Allah Təala bizləri bu həqiqətləri dərk edənlərdən və onlara əməl edənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031