Niyə bəzi insanlar başqalarına zülm edirlər?
Mьəllif: admin1
Tarix: 27-07-2019, 18:47
Niyə bəzi insanlar başqalarına zülm edirlər?
Əgər insanların rəftarında başqalarına zülm etməyin köklərini bilmək istəyiriksə, gərək həmin insanın ruhi və cismi sağlamlığına nəzər salaq. Adətən zalım insanlar, başqaları tərəfindən həqarət görən və ruhi xəstə insanlar olurlar.

Çünki o kəsin ki, ruhu sağlam olar və sağlam şəxsiyyətə malik olar – belə insan heç bir zaman başqalarına zülm etməz.

Əgər cəmiyyətdə olan zülm əhlini tədqiq etsək, görərik ki, bu insanların özləri təhqir görmüş və zülm görmüş insanlardırlar.

Bəzən isə nadanlıq insanın başqalarına zülm etməsinə səbəb olar. Allahdan qafil olmaq, imansızlıq, təqvadan uzaq olmaq – bu kimi rəzil xislətlər bütün zülmlərin kökünü təşkil edir.

“Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar)”. (“Bəqərə” 165).

“Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru)bir yola hidayət edən deyildir”. (“Nisa” 168).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930