Səbirli, təvəkkül edən, yoxsullarla dost olan, dua edən – həqiqi möminə xas xüsusiyyətlər
Mьəllif: admin1
Tarix: 2-10-2020, 22:28
Səbirli, təvəkkül edən, yoxsullarla dost olan, dua edən – həqiqi möminə xas xüsusiyyətlər

Həqiqi möminə edilən bəzi tövsiyələrə nəzər yetirək:

Yoxsullarla dost olun.

Allah Təala buyurur: “Sədəqə o kəslərə aiddir ki, Allah yolunda gücsüz və çarəsizdirlər. Hər kəs onların halından agah olmasa, elə bilər ki, zəngin və ehtiyacsızdır.

Siz gərək onların yoxsulluğunu simasından anlayasınız. Onlar izzəti-nəfsə görə heç bir zaman bir şeyi başqasından istəməzlər. Hər nə infaq etsəniz, Allah ondan agah olar”.

Allah Təala buyurur: “O kəslər ki, səhər və axşam Allahı çağırır və məqsədləri Allahdır, özündən uzaqlaşdırma”.

Həzrət Peyğəmbər (s) buyurur: “Pərvərdigara! Məni miskin et və miskin öldür! Məni miskinklərin zümrəsində məhşur et!”.

Dua etməyi unutmayın.

Allah Təala buyurur: “Məni çağırın ki, dualarınızı yerinə yetirim”.

Allah Təala buyurur: “Hər kim Məni çağırar, duasını yerinə yetirərəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Dua - möminin silahıdır”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Elə bir müsəlman yoxdur ki, dua etsin, məgər o halda ki, duası qəbul olsun. Ya dünyada yerinə yetər, ya təxirə düşər və axirət ehtiyatı olar. Ya da günahlarının kəffarəsi hesab olunar”.

Hər bir halda səbirli olun.

Sübhan Allah buyurur: “Allah sabirlərə kamil şəkildə mükafat verər”.

Allah Təala buyurur: “Allah sabirləri sevir”.

Allah Təala buyurur: “Səbirli olun ki, Allah səbirlilərlədir”.

Əmirəl-möminin (ə) buyurur: “Ey insanlar, səbirinizə eşq olsun! Çünki o kəsin ki, səbiri yoxdur, dini yoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah simanıza və işlərinizə nəzər salmaz, bəlkə qəlbinizə nəzər salar”.

Allaha təvəkkül edin.

Allah Təala buyurur: “Əgər Allaha iman gətirmisinizsə Ona təvəkkül edin”.

Allah Təala buyurur: “Allah Ona etimad edənləri sevər və yardım edər”.

Allah Təbarəkə və Təala buyurur: “Hər kim Allaha təvəkkül edər, Allah ona kifayət edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ən güclü insan olmaq istəyirsə, Allah Təalaya təvəkkül etsin”.

İmam Əli (ə) buyurur: “Hər kim Allaha etimad edər, Allah onu sevindirər. Hər kim Ona təvəkkül edər, Allah işlərində ona kifayət edər”.

İmam Səccad (ə) buyurur: “Ey o Allah ki, hacət və canım Sənin əlindədir! Səndən qeyrisindən üz döndərmiş və üzümü Sənə tutmuşam. Söykənə biləcəyim saleh əməlim yoxdur. Sənə tərəf gəlirəm ümidlə və təvəkkül edərək”.

Allah Təala bizləri bu keyfiyyətlərə sahib olanlardan qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031