Hicablı idmançı ağır atletika üzrə çempionatda qələbə qazandı
Mьəllif: admin1
Tarix: 10-03-2018, 10:10
Bцlmə: Xəbərlər
Hicablı idmançı ağır atletika üzrə çempionatda qələbə qazandı
Hindistanda 23 yaşlı müsəlman xanım idmançı Macizia Bhanu inanılmaz uğur əldə edə bilib.

Deyerler.org İslam saytına istinadən xəbər verir ki, Macizia Bhanu stomatologiya fakültəsinin üçüncü kursunda təhsil alanda idmanla məşğul olmağa başlayıb. Boks məşqçisi müsəlman xanım idmançının yaxşı fiziki göstəricilərini fərq edərək, ona poverliftinqlə məşğul olmağı məsləhət görüb.

Xanım idmançı bu idman növündə fiziki göstəricilərini inkişaf etdirərək, tezliklə bir neçə çempionatın qalibi olub və Asiya poverliftinq çempionatında ikinci yerə çıxıb.

Bundan sonra Macizia Bhanunu bodibildinq çempionatında özünü sınamağa dəvət ediblər. Macizia bədənini göstərmədən turnirdə iştirak edib. Nəhayət yarışın sonunda qızıl medala layiq görülüb.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031