Haram baxışları müalicə etmək olarmı?
Mьəllif: admin1
Tarix: 9-06-2019, 09:11
Haram baxışları müalicə etmək olarmı?
Haram baxışlara malik olmaq, başqa ruhi xəstəliklər kimi müalicə oluna biləndir. Onu iki yolla müalicə etmək olar: fikri və nəzəri yolla.

İnsanı bir kompyuterə bənzətmək olar ki, müxtəlif çətin hissələrdən təşkil edilmişdir. Necə ki, kompyuterin bəzi hissələri xarab olan zaman onları düzəltmək mümkün olduğu kimi, insanı da fikri və nəzəri yolla islah etmək olar.

Bu xəstəliyin müalicə yollarından biri – insana Qiyamətin ağır cəzalarını yada salmaq və cəhənnəmin nə qədər dəhşətli yer olduğunu başa salmaqdır. Əgər insanın Allaha, Qiyamət gününə, insanın varlıq aləmindəki rolu ilə bağlı etiqadı vardırsa, bu nəzəri yollar onu islah edə bilər.

Yaxşı olar ki, belə bir insan haram baxışlarla bağlı hədislərə çox müraciət etsin. Misal üçün:

Həzrət Peyğəmbər (s) buyurur: “Baxış – şeytanın oxlarındandır. Hər kim Allah qorxusuna görə onu tərk edərsə, Allah imanın şirinliyini onun qəlbində qərar verər”.

İmam Sadiq (ə) buyurur: “Naməhrəmə baxmamaq və ona göz yummaq kimi insan üçün faydalı bir şey yoxdur. Hər kim gözünü günaha yumar – Allah Təalanın əzəmət və cəlalını qəlbində müşahidə edər”.

İmam Əliyə (ə) sual verirlər ki, haram baxışlardan necə xilas olmaq olar? Həzrət (ə) buyurur: “Sənin batinindən agah olan birinin nəzəri altında olduğuna dair əminlik əldə etmək vasitəsilə. Gözlər – qəlbin casusu, ağılın səfiridir. Ona görə də gözlərini dininə layiqli olmayan, qəlbinin məkruh hesab etdiyi və ağlın inkar etdiyi şeylərə yum”.

Həzrət Peyğəmbər (s) buyurur: “Gözlərinizi harama yumun ki, qəribə şeyləri müşahidə edə biləsiniz”.

Bu xəstəliyi müalicə etmək üçün təmrin lazımdır. Ciddi iradəyə, nizamlı proqrama və nəfsi mühasibə etməyə ehtiyac vardır.

Əxlaq alimlərindən biri deyir: “Gözlərini nəinki naməhrəm və günahdan, bəlkə səni Allahdan qafil edəcək hər şeyə yum. Onu Quran qiraət etməyə, hədis mütaliə etməyə, Allahın nişanələrini müşahidə etməyə, Allah qorxusuna görə ağlamağa sərf et”.




/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930