Naməhərəmə baxmağın gətirdiyi pis nəticələr
Mьəllif: admin1
Tarix: 4-08-2014, 11:53
Naməhərəmə baxmağın gətirdiyi pis nəticələr
Göz - qəlbin və düşüncələrin pəncərəsidir. Əgər necə lazımdır baxmağı öyrənmək istəsək, baxmağımıza nəzarəti gücləndirməliyik. Göz ümid və iman bulağı olar. Baxışımız ibadət olub təkamülümüzə yardım edər. Əgər gözümüzə nəzarət etməsək, nəfsimizin əmr etdiyi hər bir şeyə baxarıq. Bu zaman da çox sayda ziyana düşmüş olarıq. Baxışla günah arasındakı məsafə çox qısadır. (Tebyan)
İmam Əli (ə) buyurur: “Göz - qəlbin casusu və məmurudur. Ağıla xəbər çatdırandır”.
Həzrət (ə) yenə buyrurur: “Göz - qəlbə xəbər çatdırandır”.
Bu hədislərdən görmək olur ki, göz həm qəlbə və həm də ağıla təsir etmək qabiliyyətinə malikdir. Çünki hər nə xəbər verərsə, qəlb onu qəbul edər. Ona görə də baxışın ruh və cana təsiri çox böyükdür.
İmam Əli (ə) başqa yerdə buyurur: “Qəlb - baxışın kitabıdır”. Yəni insan baxışı ilə qəlbində kitab yazar.
Baxışın gətirdiyi pis nəticələrə işarə edək ki, onlardan xilas olmaq bizim üçün asan olsun.
1. Pis adət əldə edər. Naməhrəmə baxmaq - günaha atılan ilk addımdır. Əgər bu əməl davamlı olar və adət halını alarsa, bir xəstəliyə çevrilər. Mütəxəssislər şəhvani acgözlüyü bir ruhi xəstəlik kimi tanıdır və mütləq müalicəyə ehtiyac duyduğunu bildirirlər.
Həzrət Peyğəmbər (s) buyurur: “Bəni-Adəm övladının hər bir üzvünün zinada payı vardır. Gözün zinası - (naməhərəmin cisminə) baxmaqdır”.
2. Rahatlığı aradan aparar. Çirkin baxışlar həmişə həmin şəxsin rahatlığını və ruhi hüzürunu aradan aparar. İnsanı təşvişə salar. Ustad Şəhid Mütəhhəri deyir: “Bəşərin ruhu fövqəladə təhrikolunandır, ona görə də səhv olardı ki, əgər belə düşünsək ki, bəşər ruhunun təhrik olunması məhduddur, ondan sonra aram olar. Heç bir qəlb gözəl simalara baxmaqdan, heç bir qəlb həvəsdən doymaz”.
3. Ağlı xəstə olar. İmam Əli (ə) buyurur: “O kəs ki, şəhvətli olar, can və ağlı xəstə olar”. “Ağılın məhvi hava(pərəstlikdə) və şəhvətdədir”. O zaman ki, ağıl xəstə olar – insanın rəftarları da xəstə kimi olar.
4. Müxtəliflik tələb etmək xəstəliyinə düçar olmaq. Vil Durant deyir: “Evlənəndən sonra fəsad evlilikdən əvvəlki adətlərin məhsuludur. Müxtəlifliyə meyl etmək bəşərin lap əvvəlindən olduğuna baxmayaraq, ancaq bu gün şəxsiyyət nəcibliyinə görə yeni həyatda təhriklər on dəfə artmışdır”.
5. İnsan bədnam olar. Haram rabitələrin bir çoxu baxışdan və göz zinasından başlayar. Bu da hər iki tərəfin bədbəxtliyinə və bədnam olmasına səbəb olar. Hətta evlilikdən sonra bu rabitələrin üzə çıxması çox sayda ailələrin dağılmasına qədər gətirib çıxartmışdır.
6. Daima nigarandırlar. O cütlərin ki, ailə həyatı məhz bu çirkin baxışlarla başlayıb və evliliyə qədər gələrsə, həmişə nigaran olarlar. Bəlkə həyat yoldaşı başqalarına da bu cür baxır?! Bu həmişəlik nigarançılıq onun ruhi rahatlığını aradan aparar və həyatını zəhər edər.
7. Ailələr dağılar. O evliliklər ki, çirkin baxışların bəhrəsi nəticəsində qurular, ömrü qısa olar və tez bir zamanda da dağılar. Baxışla gələn eşq, baxışla da gedər.
8. Günah doğurar. Hədislər də bunu dəfələrlə vurğulayır ki, günah ardınca günah gətirər. İmam Sadiq (ə) buyurur: “Baxış qəlbdə dalbadal şəhvət icad edər. Bu, baxanın yolunu azması üçün kifayətdir”.
İmam Rza (ə) buyurur: “Ərli qadınların və qeyrisinin saçına baxmaq haramdır, çünki kişilərin təhrik olmasına və fəsada tərəf çəkilməsinə və onun üçün halal və gözəl olmayan şeylərə tərəf daxil olmasına səbəb olar”.
Ona görə də naməhrəmə baxan zaman gözə nəzarət edib, qəlbə çirkin xəbərlər ötürməyək. İmam Əli (ə) buyurur: “(Haram) baxışlara göz yummaq - şəhvətdən saxlayan ən yaxşı amildir”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930