Sui-zənni müalicə etmək olarmı?
Mьəllif: admin1
Tarix: 18-11-2018, 10:27
Sui-zənni müalicə etmək olarmı?
Hər bir rəzil əxlaqi sifətləri müalicə etmək mümkündür, eləcə də sui-zənni. Sadəcə bunu istəmək və bu yolda mübarizə aparmaq lazımdır.

Əgər sui-zənni tərk etmək istəyirsinizsə, ilk növbədə tövbə edib, özünüzü paklamasınız. Sonra sui-zənn etdiyiniz insanlar üçün tövbə edib, onlar üçün bağışlanma istəməlisiniz. Fitnə yaranmadığı halda, onlardan halallıq istəməlisiniz.

Sui-zənni tərk etmək istəmək – əslində müalicənin yarısı deməkdir. Çünki insan bu əxlaqi xəstəliyini dərk edər və onu aradan qaldırmaq əzminə malik olar. Artıq bu yolda ilk addımı atmış sayılar.

Sui-zənni müalicə etmək üçün bəzi tövsiyələr verilir ki, onlara nəzər salaq:

1. Sui-zənni məzəmmət edən ayə və hədisləri oxumaq və onlar haqqında təfəkkür etmək.

2. Nə zaman kiməsə sui-zənn etdiniz, çalışın bu sui-zənni hüsnü-zənnə çevirib, rəftarınızı o şəxsə qarşı yaxşı edəsiniz. Nəticədə bu rəzil sifət zəifləyəcək və sizi tərk edəcəkdir.

3. Nə zaman sui-zənn etsəniz, Allaha pənah aparın, istiğfar və tövbə ilə Ondan yardım istəyin.

Bu tövsiyələrə əməl etmək sayəsində insan sui-zənn kimi rəzil xislətdən islah oluna bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930